Həsən Seyidbəyli, “Nəsimi” filminin çəkilişləri zamanı, 1973.
“Filmin yaradıcıları istəyirdi ki, yeni sima təqdim etsinlər. Buna baxmayaraq, mənim özümdə inam yox idi. Çünki, o vaxt bir neçə filmdə yoxlansam da, məni çəkməmişdilər. Buna görə də inamım qalmamışdı. Eşitmişdim ki, Nəsiminin yubileyini YUNESKO keçirəcək, bu səbəbdən ümumiyyətlə inamsızlığım vardı. Hətta əmin idim ki, rolu hansısa təcrübəli bir aktyora verəcəklər. Çünki eşitmişdim ki, hətta Rusiyadan aktyor dəvət etmək istəyirlər... Amma Həsən Seyidbəylinin israr və xahişindən sonra mənim çəkilməyimə razılıq verirlər. Çünki, Həsən müəllim məndən başqa heç kimi bu obrazda görə bilmədiyini israrla vurğulayır. “ (Rasim Balayev)
Beləliklə, o dövrdə dərin mənəvi böhran keçirən, hətta sənəti atmaq istəyən Rasim Balayev görkəmli rejissor Həsən Seyidbəyli tərəfindən kəşf edilərək Azərbaycan kinosuna bəxş edilir.








