Növbəti oxuduğum kitab Gavin Fransisin "İnsan vücuduna səyahət" adlanır. Böyük bir maraqla oxudum, iki gündə də bitirdim. Demək, kitab niyə bu qədər populyar oldu? Məndə yaratdığı təəssüratı bölüşüm əvvəlcə. Təsəvvür edin, insan bədəni, insanların həyatı, yaşayışı, xəstəlikləri, sevinci, kədəri, xəstəlikdən sağ qurtulmaları və nəhayət ölümü haqqında bildiyimiz acı həqiqətləri təcrübəli bir həkimin gözündən görməyə başlayırıq. Müəllif öz tibbi təcrübələrindən yola çıxaraq qarşılaşmış olduğu xəstələrinin hekayələrini yazdıqda onları kamuflaj etdiyini etiraf edib. Güvən ipini qorumaq üçün məhrəmliyi saxlamağa xüsusi səy göstərib. #kitab #oxu #tehlil #resenziya #ceylanmumoğlu #ceylanmumoglu #read #reading #book #instabook #edebiyat #ədəbiyyat #yazar #publisist #oxudum #oxudumbitti #povesti #novella #azerbaijan #bakı #istanbul #morebooks #booklover #insanvücudunaseyahat










