Məhəmmədhüseyn Şəhriyar - Yar qasidi (Sən yarımın qasidisən) Sən yarımın qasidisən, Əyləş, sənə çay demişəm. Xəyalını göndəribdi, Bəs ki, mən ah-vay demişəm Ax! Gecələr yatmamışam, Mən sənə lay-lay demişəm. Sən yatalı, mən gözümə Ulduzları say demişəm. Hər kəs sənə ulduz deyə, Özüm sənə ay demişəm. Səndən sonra həyatə mən, Şirindisə, zay demişəm. Hər gözəldən bir gül alıb, Sən gözələ pay demişəm. Sənin gün tək batmağıvi Ay batana tay demişəm. İndi yaya qış deyirəm, Sabiq qışa yay demişəm. Gah toyuvu yadə salıb, Mən dəli nay-nay demişəm. Sonra yenə yasə batıb, Ağları hay-hay demişəm. Ətək dolu dərya kimi, Göz yaşıma çay demişəm. Ömür sürən mən qarə gün Ax demişəm, vay demişəm. "Sən yarımın qasidisən". Bu şeiri ustad şair ömür-gün yoldaşı Əzizə xanım Əbdülxaliqiyə yazıb. Təkcə bu şeiri yox, "Əzizə can", "Bir gəlin", "Mənim xəzanım", "Yoldaşımın yası", "Gözü yolda", "Yoldaşımın xatirəsi ilə", "Hər iki vətənin qəribi" əsərlərini də Şəhriyar həyat yoldaşına həsr edib. Nədən bəs ilk olaraq "Sən yarımın qasidisən"?! Çünki 24 il sevgisinə, həsrətindən odlanıb yandığı Pəri//Sürəyyaya sadiq qalan, ilk və nakam eşqini heç vəchlə unuda bilməyən Şəhriyar yaxın dostlarının, qohum-qardaşlarının təkidi sonucunda, nəhayət ki, evlənməyə razılıq verir və 1953-cü ilin avqustunda bibisi Səyyarənin kiçik qızı, ilk ibtidai sinif müəllimi olan Əzizə xanım Əbdülxaliqi ilə nikah bağlayır. Səhifəni izləməyi unutmayın @novella.kitabevi #novellakitabevi #yarqasidi #senyarımınqasidisen #mehemmedhuseynsehriyar #seirler #kitab #kitablar #romanlar #poeziya (at Novella kitab evi) https://www.instagram.com/p/CDZAd8qnnfd/?igshid=kxkp1upah32i