"Araks" Belçikadakı erməni miqrantların "Tchamkerten & Company" adlı şirkəti tərəfindən istehsal edilən Misir üslubu siqaretdir. Birinci Dünya Müharibəsinə qədər ən məşhur siqaret sayılırmış. Ümumiyyətlə, həmin dövrdə Belçikanın tütün dövriyyəsini Tchamkerten ailəsi başda olmaqla, Missirian, Matosian, Enfiadjian və Mirzabekianlardan ibarət beş erməni ailəsinin əlində olub. Antverpendə siqaret istehsal edən ilk fabriki qurublar. Misir, İsveçrə və İsveçdə də şirkətin fabrikləri olub. Ermənilər Belçika və qonşu ölkələrdə tütünlə yanaşı parça, xalça və almaz alverinin də əsas oyunçuları olublar. Biznesi yaxşı bacardıqları, işə yaradıcı yanaşdıqlarını posterlərdən bilmək olur. Aşağı sağdakı posteri Parisdə yaşayan məşhur italiyalı dizayner Leonetto Cappiello hazırlayıb. 1922-ci ildə çap edilib. Soldakı poster isə 1932-ci ildə çap edilib. Ortadakı poster də çox iddialıdı. Üzərində yazılan “Le Reine des Cigarettes Egyptiennes” fransızca “Misir siqaretlərinin kraliçası” mənasını verir.









