Xoşbəxtlik var, amma köhnə səslər hələ də pıçıldayır..

ellievsbear
Claire Keane
will byers stan first human second
Lint Roller? I Barely Know Her
tumblr dot com
No title available

pixel skylines

titsay

Janaina Medeiros

No title available

JBB: An Artblog!
No title available
almost home
PUT YOUR BEARD IN MY MOUTH
$LAYYYTER

oozey mess

shark vs the universe

❣ Chile in a Photography ❣
TVSTRANGERTHINGS
One Nice Bug Per Day
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from Czechia
seen from United States

seen from Morocco
seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United States

seen from United States

seen from Türkiye

seen from T1
seen from United States
seen from Netherlands

seen from Russia

seen from United States

seen from United States
@aysafhar
Xoşbəxtlik var, amma köhnə səslər hələ də pıçıldayır..
Amma içimdə bir narahatlıq var idi. Bilmirdim bu sadəcə itirmək qorxusudur ya altıncı hislərimin oyanıb mənə xəbərdarlıq etməsi idi...
Mən özümü həsbi-halın ən şirin anında cənnətdən ayrılaraq həyatın amansız tufanı arasına atılan zavallı kimi hiss edirəm. Qarşıda iki yol var: ya bu şərəfsiz taleyin üstünə gedib ölümdən qisas alırmış kimi özümü onun ağuşuna atmalı, ya da həyatın mənim üçün hazırladığı cəhənnəm əzablarına boyun əyərək yaşamağa davam etməliyəm.
Xoşbəxtlik gələndə onu qorxuyla yox, minnətdarlıqla qarşılayın.
Hələ olmayan ağrını bu günümün üstünə kölgə salmağa icazə vermirəm.
Bəzi yollar sadəcə susaraq bitir; finiş həmişə səs-küylü olmur...
01.02.2026
Mən heç kimin “heç vaxtı” olmadım.
Sadəcə gecikənlər oldu
Həsəd insanın içində yox olanda yox olur, sadəcə həyat öz yerini tapanda səssizləşir.
Bəzən bir baxışın xatirəsi, illərlə üz çevrilmiş aynalarda gizlənər…
Bəzən elə bir kölgə düşür içə — adı yoxdur, amma hər yeni işıqda bir az daha uzanır...
O tamamilə səssiz idi, amma beynimdə qışqırırdı...
Kaş sən də bir dəfə özünü mənim gözümdən görə biləydin, ata...
Gecə bir yuxu gördüm... Yuxuda özümü görürdüm — sanki kənardan dayanıb güzgüyə baxırmış kimi özümə baxırdım.
Yuxudakı mən isə, gözlərində paxıllığın kölgəsi və içində alışıb sönən hislərlə, onların xoşbəxt gülüşlərini izləyirdi.
O gülüşlərə hər baxışımda içimdə nə isə qırılırdı — adı olmayan, amma tanış bir ağrının səssiz çırpıntısı kimi. Sanki kənarda dayanmış mən, içimdəki məni tanımır, amma onun nə hiss etdiyini əzbər bilirdi.
Oyandım... amma yuxudan deyil — içimdə gizlənmiş o parçalanmış “mən”dən.
Qaranlıq otaqda nəfəsim səssiz, ürəyim isə ağır döyünürdü. Hər şey yerində idi — divarlar, pəncərə, səssizlik...
Təkcə mən öz yerimdə deyildim.
O yuxudan sonra bir şey dəyişdi. Bəlkə də heç nə... Amma elə “heç nə” adlanan o hiss var ha — insanı içindən çəkib aparan, danışdırsan susan, susdursan çırpınan bir duyğu. Elə ona bənzəyirdi.
İndi güzgüyə baxanda sadəcə özümü yox, o yuxudan çıxıb gəlmiş birini görürəm — tanış, amma tamam fərqli biri...
"Bəzən insan içindəki qırıntılardan özü üçün saray qurur…
Və bir gün biri gəlir — adı belə könlünə yaraşır.
O sarayın divarlarını dağıtmır, səni o qırıntıların içində belə sevməyi bacarır.
Bir də bilirəm ki, gözlərim güləndə o özünü görür."
“...və o an, qız gözlərini yerə dikib fısıldadı:
— Sən gedəndən sonra heç kim adını belə çəkmədi... Amma hər dəfə ürəyimdə bir şey qırıldıqda, sanki kimsə pıçıltıyla deyirdi... Mehəmməd.”
(“Sükutun içində qalan ad” – adlı itirilmiş bir dialoqdan)
Sanki sükutun içində çırpınan bir pianonun notları kimi —
Ey Vəfasız, səni unutmamışam, sadəcə artıq başqa bir qəlbdə sakitləşirəm.
Xoşbəxtlik, dərd qədər təsirli deyil. Heyif ki, onu yaza bilmirəm...