O qədər problem var ki, ürəkdə hicran yarası, ruhən çöküklük, cismən yorğunluq. Bizi bu hala salan, gəncliyimizi əlimizdən alan sistem utansın. Adam başını yastığa qoyub rahat yata bilmir. Şirin yuxu üzünə həsrətik kədər küləyi əsən şəhərdə.
Mike Driver
No title available
styofa doing anything
tumblr dot com
Peter Solarz
No title available
wallacepolsom

izzy's playlists!
Today's Document

Product Placement
Jules of Nature

if i look back, i am lost
AnasAbdin
Keni

@theartofmadeline
Lint Roller? I Barely Know Her

No title available

Love Begins

Kaledo Art
dirt enthusiast

seen from United States

seen from Malaysia
seen from United States
seen from United Kingdom
seen from Germany

seen from United Kingdom

seen from Singapore

seen from United States

seen from Taiwan

seen from Japan

seen from Germany

seen from Spain

seen from Malaysia

seen from United States

seen from Spain
seen from Netherlands
seen from Germany

seen from Argentina

seen from United States

seen from South Africa
@ehlixiridar
O qədər problem var ki, ürəkdə hicran yarası, ruhən çöküklük, cismən yorğunluq. Bizi bu hala salan, gəncliyimizi əlimizdən alan sistem utansın. Adam başını yastığa qoyub rahat yata bilmir. Şirin yuxu üzünə həsrətik kədər küləyi əsən şəhərdə.
gün gəlir şeirlər, kəlamlar ölür
darıxma, darıxan adamlar ölür.
darıxmaq-boğazda düyümlənən cümlələrdə başlarmış, belə bilməmişdim, bağışla.
bir az sevinc, bir az hicran, bir əsəb olmalı.
Bakı elə bir şəhərdir ki, burda hər xoş keçənin günün bir kədərli gecəsi olur, mütləqdir. İşdən çıxırsan, qarışırsan dərdi özündən böyük olan insanların arasına. Kiminin qəlbində hicran yarası, kiminin üzündə təəccüb, kiminin saçı ağarıb, kiminin əlləri əsir cavan çağında. Bizim cavanların xəyalları, istedadları çoxdur. İstəkləri, arzuları reallaşmaqa qoymayan nədir bəs? Neqativ enerji? Pis fikirlər? Ya həyatda heç bir uğur əldə edə bilməyib başqalarınıda həvəsdən salan kütbeyinlilər? Axı bizim gənclər öz kreativliyi ilə, baxış prizmaları, şəxsi dəsti xəttləri ilə həmişə seçiliblər. Bəs niyə uğur əldə edə bilmirik? Nədir bizi globaldan, dünyavi ünsürlərdən aşağıda tutan? Mentalitet ya dövlət sistemi? Siyasət yoxsa şəxsi düşüncəmiz? Eşitdiyiniz, oxuduğunuz cavabsız sualları boş verin dostlar. Məqsədyönlü olun, qəsdinizdə bərk dayanın. Sizi heç kəs həvəsdən salmasın. Aşağı maaş, düşüncəsiz müdirlər, səviyyəsiz insanlar və s. hər zaman olacaq. Siz məqsədinizdən bərk yapışın əsas, qalan hər şey düzələr. Sının, əzilin, qalxın, bərk olun, sizi qəlibləşdirmələrinə, formalaşdırmalarına icazə verməyin, möhkəm olun, mübariz olun. Sevgilərlə
Yaş neçə olur olsun, düşüncələr nə qədər dəyişir dəyişsin, maddi imkanım nə qədər fərqli olur olsun mən hər yağış damlası göz qapaqlarıma toxunarkən darıxacam. Darıxacam ona görə ki; Mən qızıldan baha torpaqlarda rahat deyiləm, istədiyim kimi yaşaya bilmirəm, rahatlıqım yoxdur. Mənim və mənim timsalımda milyonlarla gəncin arzuları, xəyalları var. Bizim istedadlarımız var, hansı ki bizdən pul qarşılığında almaq istədikləri. Pulumuz yoxdursa bu ölkədə, deməli istedadımızda yoxdur. Bu necə paradoksdur? Biz niyə valideyin əlinə baxmalıyıq? Və ya biz niyə işlədiyimiz halda "haradan daha çox pul qazana bilərəm?" düşüncəsində olmalıyıq? Bu millətin gəncləri niyə əzilir, niyə sıxılır? Biz niyə rahat deyilik? Niyə susmuşuq hamımız? Daha neçə gənc qurban olmalı, intihar etməlidi? Daha neçə insan işsizlikdən, pulsuzluqdan acizanə şəkildə qəsd etməlidi canına? Mən niyə bəzi dırnaqarası yaşıdlarımın etdiklərini edə bilməməliyəm ki? Amma hər nə olur olsun mən öz vətənimi sevirəm, sevirəm. Canımı verməyə hər an hazıram, bu vətən üçün yaşamağa, yaşatmağa hazıram, yeri gələndə ölməyə.. Amma vətənim məni yaşatmağa hazır deyil sanki..
Həyat düşünən insanlar üçün cəhənnəmdir. Əgər cənnətə çevrilməyini istəyirsənsə düşünmə.
Pis fikirlərdən azad olun dostlar, azadlığınızın əbədi olması üçün.
bir az sevinc, bir az hicran, bir əsəb olmalı.
İndiyə qədər çox xəstəlik görmüşəm, bədənimdə əməliyyatlarım olub, yara izlərim çoxdu, uşaq vaxtı çox əzilmişəm, xəsarətlərlə doluyam. Amma nə vaxt xəstələnsəm ya lap ciddi bir şeyim olsa elə bilirəm ki anamı görən kimi səsini eşidən kimi keçəcək, elə də olur onsuz. Anamı görən kimi keçir, düzəlir hərşey.
O qədər problem var ki, ürəkdə hicran yarası, ruhən çöküklük, cismən yorğunluq. Bizi bu hala salan, gəncliyimizi əlimizdən alan sistem utansın. Adam başını yastığa qoyub rahat yata bilmir. Şirin yuxu üzünə həsrətik kədər küləyi əsən şəhərdə.
Mən bir az qəribəyəm, dəlisov, çılğın, əsəbi bəzən isə çox sakit, susqun, səbrli. Mən bir az qəribəyəm, eyni anda həm gülə həm pis ola həm kədərlənə həm də şad ola bilərəm. Mən bir az qəribəyəm, özümü vətənimdə qərib, tək, yad hiss edirəm bəzən isə elə bilirəm ki bu vətən mənim özümündü, özüm yaratmışam, o qədər bağlanıram millətimə. Mən bir az qəribəyəm, yox, səhvim var diyəsən. Bu ölkədə biz hamımız bir az qəribəyik. Çünki bizim qəlbimiz xəyalların, arzuların, nakam sevgilərin məzarına çevrilib. Çünki bizim elə uşaq yaşlarımızda qulaqlarımız ana-ata mübahisələrinə, məhlədə qonşuların qışqırıqlarına, cəmiyyətdə böyüklərin yersiz danışıqlarına şahid olub. Çünki bizim gözlərimiz elə uşaq yaşlarımızdan ailə şiddətini, cəmiyyətdə ki qadın ölümlərini, günahsız yerə tökülən qanları, öldürülən, yandırılan uşaqları izləməyə məruz qalıb. Biz hamımız qəribəyik çünki mentalitetimiz qəribədi, çünki cəmiyyətimiz qəribədi. Biz hamımız bu ölkədə bir az qəribəyik dostlar. Amma əfsuslar olsun ki bu tək bizim ölkəyə aid bir şey deyil..
Dilrübaya şeir ərmağan edərmisin şair ?)
Dilrüba zülfünü qoxlar, oyanar mürği dilim
Məni viranə qoyub xanəbərəndazlı əlim.
Gidi dünya səni çox mərhələlərdən keçirər,
Olmasada ruhidə bam, gözündə sülfül siyelim.
Qəlbim yaman darıxır, şair ürəyi kimi
Qələm hərdən dillənir, çoban tütəyi kimi.
Olub şeirimə mehman bir dəfə yad et, axı
Sənçün zəhmət çəkmişəm ata əməyi kimi.
Günah bizdədi yəqin, biz şairlər beləyik
Vəsf edirik şeytanı cənnət mələyi kimi.
Ailədə altı nəfər, hərəmizin öz yeri
Yalnız anam görünür evin bəzəyi kimi.
Evlərdə ataların quru nəfəsi bəsdi,
Çəkdikləri görünmür qapı dirəyi kimi.
Oğul, halal qazanmaq Allahın bir lütfüdü
Sözdən, qiymət salıb halal çörəyi kimi?
Bu dünyanın əzəldən mərdlər ilə qəsdi var,
Mərdiməzarlar dönər çərxin fələyi kimi.
Bizim milli mətbəxin padişahı dolmadı,
İranın şirniyyatı, Türkün börəyi kimi.
Meyxanənin izahın Axund Azər demişdi,
Niyə bizi görürlər küçə süləyi kimi..
Adı ağlımda əsir, yolumu hicran kəsir
Qəlbimdə nəsə əsir, kədər küləyi kimi.
Vaxt azdır, ömür qısa. İnsanlar tələsir, fəsillər dəyişir, illər ötür. Saat öz əqrəbləri ilə rəqs edir sanki gözümüzün önündə. Zaman aldığını geri gətirmir, gedənlər qayıtmır. Problemlər qıfıllanıb sanki, açar isə ağılımızda gizlədilib. Batırıq yoxsa mübarizə aparırıq? Hər şey öz əlimizdədi, içimizdədi. Başımızı yastığa qoyarkən rahat yata bilirik mi? Yuxularımız şirindi yoxsa qorxulu? Həyat suallardı, cavabsız suallar. Sən kimsən, mən kiməm, yaşayanlar-nəfəs alanlar kimlərdi? Sənə hərkəsin bildiyi bir sirr verim əzizim? Hamımızın sonu eynidi, qara torpağ, boyumuza uyğun kəsilmiş kəfən. Bəs o zaman biz niyə və nəyə görə darıxırıq? Bu hicranın, gecələri köksümüzə qonan kədərin səbəbi nədir? Pencərədən küləklə birgə daxil olan qüssə, nisgil nə üçündür? Axı bu dünya fanidi, fanidi dünyadakılar belə fanidi. Bu dünyanın sonu nə vaxtdır bəs? Görürsənmi yenə də suallar, suallar, suallar.. Üzülmə, darıxma, sıxılma. Hər şey keçəcək, tələsmə səndə öləcəksən. Funksiyanı yerinə yetir, yaşa, öl.
Bizim o susub demədiklərimiz var ha, bax onları toplasaq Bazardüzündən daha hündür olacaq.
gecə küsdü, ayda batdı, mən gözlədim, sən gəlmədin.