Bəzən getmək istəyirəm. Sırf kiminsə həyatından deyil, hər kəsi buraxıb getmək istəyirəm. Eşq əzabı, dost xəyanəti, bəxtsizlik, hamısını qarşıma çıxan ilk zibil qutusuna tullayıb, getmək istəyirəm. Hər hansısa uzaq bir ölkəyə və ya başqa bir planetə deyil, keçmişə getmək istəyirəm. Mr. Peabody və Sherman kimi bir zaman maşını düzəldib keçmişə, uşaqlığıma getmək istəyirəm. Yalnız mənə alınmayan oyuncaqlar üçün ağlamaq istəyirəm. Anam mani evə çağıranda “ beş dəqiqə də həyətdə oynayım, gələcəm ” yalanını əzbərləmək istəyirəm. Yenə də “ bənövşə, bənövşə ” oynayıb, qışqıraraq “ bizdən sizə kim düşər? ” soruşmaq istəyirəm, yenə də özümdən böyük uşaqlar futbol oynayanda onların axtardıqları az yaşlı qapıçı olmaq istəyirəm. Üst-başımı bulayıb, anam məni saatlarla danlasın istəyirəm. Yenə də qısqanclığın nə olduğunu məktəbdə parta yoldaşım başqa oğlanla danışanda dadmaq istəyirəm. Saatlarla çizgi filmi izləmək, rəngarəng corablar geyinmək istəyirəm. Hər üzümə gülənin ürəyi təmiz, yaxşı insan olmağına inanmaq istəyirəm. Hamını özüm kimi saf, masum sanmaq istəyirəm.













