Sevdaliza
Cosimo Galluzzi

tannertan36
ojovivo

Love Begins

oozey mess
Three Goblin Art

#extradirty
Game of Thrones Daily
i don't do bad sauce passes
let's talk about Bridgerton tea, my ask is open

No title available

Janaina Medeiros

Product Placement
DEAR READER
Mike Driver

pixel skylines
todays bird
No title available
Jules of Nature

No title available

seen from Singapore
seen from Chile
seen from United States

seen from Saudi Arabia
seen from Oman
seen from Saudi Arabia

seen from United States

seen from United States

seen from United States

seen from United States

seen from Malaysia

seen from Japan

seen from Malaysia

seen from Saudi Arabia
seen from Indonesia
seen from Malaysia

seen from Saudi Arabia
seen from United States
seen from Indonesia

seen from United States
@gyu1ara
Sevdaliza
Neçə gün idi Kendall'ın bu lookuna düşmüşdüm bu gün də ağlıma Monikanin illər əvvəl bənzəri libas geyindiyi gəldi ağlıma :d tək mənim deyilmişəm ^^
Yasmin Hamdan 🖤
Əvəzsiz Shade
#sade #blues
Boğazında düyünlənər kəlmələr ,udquna bilməzsən . Bax o hiss )
"The joy of dressing is an art."
– John Galliano
Deyir ki “ısınmak için eğildiğin ocak külüyle boğuyor seni.”
pervane, şükrü erbaş.
Necə qorxaq kişilər var . Gözəl ,cazibəli qadınla ona baxan çox olacaq deyə evlənməkdən qorxan ; Çox bilikli , dünyagörüşü zəngin qadın onu düşüncəsi ilə əzəcək deyə qorxan həmin o kişilər . Eyni vaxtda gözəl və biliklisənsə kişinin səndən qorxma ehtimalı double olur ,bu vaxt sən iki qat təhlükəli bir varlığa çevrilirsən onun gözündə . Onun şüuraltı özünə olan inamsızlığı və güvənsizliyi deyir ki , bu qadın niyə axı məni sevir ? Niyə ,nə səbəbə məni sevsin ? Özgüvənsizlik bu an suallarla dolu paranoya ilə müşayiət olunur. Ona görə sənə bir yaxın ,bir uzaq ; bir isti bir soyuq olur. Gah sənə qaçır gah da səndən qaçır. Özgüvəni olmayan kişi üçün çirkin və huşsuz qadın əsl xəzinədir. Elə zənn edir ki ,ona xəyanət etməyəcək ,onu öz şüuru ilə əzə bilməyəcək axı . Həmin o qadın ona allaha itaət edərcəsinə itaət edib anası kimi qayğı göstərəcək. Sən isə tabe olmazsan ,sənin kitabında itaət yoxdur- bağlanmaq var ,sevgi var , qayğı ,nəvaziş və anlayış sənin sevgi təzahüründür . Hətta ən sadiq qullar belə bir gün ağasına dönüklük edir . Sevgi isə əbədidir ❤️
"Barbara Pravi - Voilà (Clip Officiel)" YouTube'da baxın
Ürəyim köksümə ağırlıq edir bu məqam. Sırf dərdlərdən yayınmaq üçün nə qədər yersiz ,əbəs yerə güldüyümün fərqindəsiz ? Hamı məni bivec kimi tanıyır. Açıb dünyanın pəncərələrini qışqırmaq istəyirəm kainata . Nəyə görədir bu qədər əzab ? 💔
İlahi ... Bu səs ,bu ifa . İstər istəməz iyun gecələrinə sürüklənirəm. Sanki yaz bitməyib, xəfif ilıq külək əsir 🍷 🖤
"Italian Wine - Marjan Farsad / مرجان فرساد" YouTube'da baxın
Əbədi kədərə məhkumam .
Taras Şevçenko
“Vəsiyyət”
Mən öləndə, məni basdırarsınız,
Yüksək bir təpədə, bir dağ başında.
Elə bir yerdə ki, görünsün yalnız
O gözəl Ukrayna... Onun daşında,
Onun tarlasında, geniş çölündə,
Mən öləndən sonra, görüm nələr var!
Sevdiyim Dneprin şən sahilində
Nədən söhbət açır quduz dalğalar!
Mənim Ukraynamdan yuyub aparsa ,
Dnepr yad qanını mavi dənizə,
Onda mən sözümü deyərəm qısa,
Unudub tarlanı, dağı… nə isə,
Son verib fəğana, son verib aha,
Dua eyləyərəm onda Allaha.
Çiçək açmayınca bax, bu arzular,
Edərəm yenə də hər şeyi inkar.
Məni basdırınız, üsyan ediniz,
Qırıb yox ediniz o qandalları.
Düşmənin qanını axıtmaqla siz
Azad olarsınız, biliniz barı.
Mən isə gələcək böyük, şən, xoşbəxt,
Adımı çəkərək şən dilinizdə
O azad və yeni ailənizdə
Xatırlayarsız, hər zaman hər vaxt,
Adımı çəkərək şən dilinizdə
NİKİTA ,nolar , ölmə
Eşidirəm Bakıda Kiyevin iniltisin,
Gözümü qıyan zaman ulduzlar alovlanır.
Deyin yaşıl geyimli zabitlərə, bağırın -
Tankların nəriltisi baharı yubandırır.
Yolları dağıtmayın, qayıtsam, karıxaram,
Küçələrin adları barı yerində qalsın.
Mənim xatirələrim o adlarda gizlənib
O adların ünvanı mənlə buxarlanmasın.
Nikita, nolar, ölmə...
Ürəyin səksənəndə həyəcan siqnalından
Gurultu ələyəndə bacadan təyyarələr
Bombaların səsinə tab edən pəncərətək
Sən də sınma, mətin ol, hərdən məni xatırla.
Müharibənin ən qızğın, ən alovlu anında
Yada sal sevgimizi, yada sal o günləri.
Gülümsə, gülüşlərin əridər silahları.
Nikita, nolar, ölmə...
Yadına sal, o qarlı-şaxtalı havalarda
Boqdanın pay verdiyi çaxırın xumarını.
Mən, sən, qoca nənənin uçuq-sökük daxması,
Atan alan gəlincik, çarıqlar və sairə…
O zəmi saçlarının içində boğulaydım!
Sənin məmləkətinə yeni nəfəs verəydim!
Sənin sünbül saçına səma ola bilərdim
Ukrayna bayrağıtək!
Nikita, nolar, ölmə...
Gürcü nənnilərilə daxmamız eşqlənirdi
Sevdalandır yurdunu nənnin ilə, Nikita.
Batır nənnilərinlə o silah səslərini
Mənin nağıllarımdan danış övladlarına
İndi nəvaziş gərək, şəfqət gərək hamıya.
Mənə də… ən çox mənə, ən çox mənə, Nikita.
Nikita, nolar, ölmə...
Nadir Yalçın
(c)
Как мне хочется,
Как мне хочется —
Потихонечку умереть!
#Марина Цветаева
Səhərlər üstündən ötüb keçdiyin,"əşşii.." dediyin hər nə varsa gecələr bütün çılpaqlığı ilə dayanır qarşında . Ən çox buna görə sevirəm gecəni.
Sevgi paylaşmaqdır . Zövqləriniz eyni olduğu təqdirdə , təzə kəşf etdiyi musiqiləri sizinlə bölüşməyən ,izlədiyi filmi sizinlə müzakirə etməyən ,getdiyi ,gördüyü mənzərələrdən sizə bəhs etməyən ,qarşılaşdığı problemləri,sizə danışmaq gərəyi duymayan ; sizə vaxt ayırmayan,günlərlə ,həftələrlə axtarmayan ,boşluğa düşəndə yazan kəslərin nə vaxtsa dəyişib , sizinlə normal münasibətdə olacağına ümid bəsləyib də özünüzü yormayın,özünüzə qiymət verin.Yaşadıqlarınızdan asılı olmayaraq özünüzə dəyər verin. Vaxt ən qiymətli şeydir bu dünyada ,onu dəyəcək şeylərə və insanlara həsr edin. 💕
İllər keçir . Bu film ,bu mahnı isə şərab kimi qalır məndə 🍷🖤