SKRAPBUKİNQ VƏ YA RƏSM? 🎨 (1-ci hissə) . . . Hələ uzaq keçmişdə inanılmaz dərəcədə həkim olmaq istəyirdim. (Baxmayaraq ki, iynənin adı belə gələndə ürəyim gedəcək hala düşürəm 😅) Amma anlaya bildiyiniz qədər məndən həkim çıxmaz 🤷♀️ . Nəisə qayıdaq mənim peşə seçimimə. 11-ci sinifdə oxuyurdum artıq. Və hələ bağça vaxtından rəsm çəkmək dəlisiydim. Ay Allahım bir görə bilsəydiniz nə qədər əl işlərim var idi. Onları elə sevə-sevə ayrı-ayrı qovluqlarda saxlayırdım. Valideynlərim Rəssam olmağıma qarşı idilər, lakin həvəsimə də biganə qala bilmədilər. Memar-inşaat seçimində nəhayət razılığa gəldik. Atam hətta müəllim tapdı ki, məni qabiliyyət imtahanına hazırlaşdırsın. . Mənim xoşbəxtliyimin həddi-hüdudu yox idi. Nəhayət müəllim ilə tanışlıq günü gəldi. Müəllimin yanına təbii ki, əli boş gedə bilməzdim. Çəkdiklərim arasında ən-ənlərini seçdim və getdik yanına. O qədər həyəcanlıydım ki, suallarına cavab verəndə dilim dolaşırdı. Müəllim isə üzümə heç baxmadı da. Rəsmlərimə sadəcə göz gəzdirib dedi ki, onların hamısını rahat ata bilərəm. Belə ki, onlar mənim nə qədər bacarıqsız olduğumu göstərir və o belə tələbəni boynuna götürmək istəmir! . Evə dönən kimi ilk işim bütün əl işlərimi yığıb tullamaq oldu. Tək bir vərəq belə saxlamadım. Təbii ki, həmin gecəni gözü yaşlı keçirdim. Beləliklə həyat kitabımın bu səhifəsini uzun müddətlik bağlayıb kənara qoydum... . СКРАПБУКИНГ ИЛИ РИСОВАНИЕ? 🎨 (Часть 1) . . . Ещё в далёком детстве я дико хотела стать врачом. (И это при том, что при одном мысле об уколе я могу потерять сознание). Ну вы поняли врач из меня как шаурма из колбасы 😅 . Так вот уже в 11 классе когда я готовилась в универ перед мной стал выбор где я хочу учится. Кроме врачевания я дико любила рисовать. И О Боже Мой сколько я тогда рисовала это не передать словами. У меня были несколько папок со всеми моим рисуночками. Если бы вы знали как я их берегла 🙈 И вот хоть родители были против, но всё же разрешили мне поступать (пусть и не художественную) в архитектурный. Папа даже препода нашёл для меня. Ой я на тот момент была на седьмом небе от счастья. Видели бы вы как тщательно я отбирала свои рисунки, чтоб показать этому преподу. Продолжение 👇👇👇 (at Baku, Azerbaijan) https://www.instagram.com/p/BxsWRXDl5_u/?igshid=yga48gin6cx













