I honestly just want to pack my bags and go travel the world and see and explore everything possible i just want to travel the world but i want someone by my side along my journey
Sweet Seals For You, Always
$LAYYYTER
todays bird
Sade Olutola

Kaledo Art

roma★

tannertan36

No title available
Stranger Things

oozey mess
noise dept.
Misplaced Lens Cap

Love Begins
Cosmic Funnies
One Nice Bug Per Day
Peter Solarz

Origami Around
Alisa U Zemlji Chuda
No title available

祝日 / Permanent Vacation

seen from Malaysia

seen from Italy
seen from Türkiye

seen from Türkiye

seen from Japan

seen from Portugal
seen from United States

seen from Latvia
seen from United States
seen from Singapore

seen from United States

seen from Singapore

seen from China

seen from South Africa

seen from Germany
seen from United States

seen from Türkiye
seen from Türkiye

seen from France
seen from United States
@masmaavi
I honestly just want to pack my bags and go travel the world and see and explore everything possible i just want to travel the world but i want someone by my side along my journey
Bəzən kiçik amma məni xoşbəxt edən hadisələri də qeyd etməliyəm deyə düşünürəm, nə vaxtsa bura girib oxuyanda gülümsəyim. Qonşum 1 həftəlik tətilə getmişdi, mənə demişdi ki, evdəki güllərimə su verərsən, hava istidir, qurumasınlar. Bu gün gördüm, danışdıq elədik, 1 saat sonra gördüm ki, sevdiyim şokoladlardan üstünə qırmızı bantik vurulmuş şəkildə gətirib mənə yenə təşəkkür edir, hər şey bir yana evini mənə əmanət etməsi və bu şəkildə düşünməsi ayrı bir xoşdur, bir anlıq insanlığa qarşı ümidim artmış kimi hiss etdim
Qaça qaçın içərisində sadə rutinləri sevirəm, məsələn, çay içmək kimi
Bir az da belə
İl 2026 dəyişən tək şey indi çayın kənarında oturub overthinking edirəm
Bir gün yuxudan oyanırsan, həyat axıb gedir, sən isə dayanmısan, sənə aid heçnə axışda deyil. Amma o an bir qərar verirsən və deyirsən: İSTƏMİRƏM. İstəklərimin gerçəkləşməsini istəmirəm, lənət olsun o xoşbəxtliyə ki gəlməsi üçün bu qədər əziyyət çəkirəm, onu da istəmirəm, qırıq-qırıq olan, əlimdə sadəcə qırıntıları qalan ümidləri istəmirəm. İSTƏMİRƏM. Boş verirsən o ana qədərki hər şeyi. Verdiyin savaşları, tökdüyün göz yaşlarını, dəyər verdiyin şeyləri. Sanki əllərini kəsib suyun içinə uzanmısan, qan suyun içinə bulaşdıqca itkidən huşunu itirməyə başlayırsan, amma suyun istisi də zövq verməyə başlayır. Bəzən o qədər tutunursan ki xəyallara, bir də görürsən nə? Arzuların əllərindəki o kəsiklərə dönüşüb və sən əzabdan o qədər zövq almağa başlamısan ki, səndən əskildiyini və artıq nələrin bitdiyini görməmisən və heç hiss etməmisən.
Amma oyanırsan. Bir gün oyanırsan. Həyatın ironiyası da burdadır, oyanandan sonra gəlir hər şey. Tanrının sənə nə qədər yaxın olduğunu hiss etdikcə ürəyinin ritmi sakitləşir. Sanki qulağına pıçıldayır: sən gecələr nəfəsin kəsilənədək ağlayanda mən görürdüm, özünü öldürmək istəyəndə son qərarına mən əngəl olurdum, səni bu ana hazırlayırdım, daha yaxşı olasan deyə səni müşayət edirdim.
Və sonra nə olur? O çox istədiyin şeylər olanda xəyal etdiyin kimi sevincdən huşun getmir, gülümsəmirsən, olacağından çoxdan xəbəri və əminliyi olan insanın sakitliyi olur üstündə. Kəsiklərinin yarası səni hissizləşdirib böyüdür, böyüməkdi bu? Bilmirəm, amma Murakaminin dediyi kimi; fırtınadan sonrakı sən əvvəlki sən olmursan.
1 il, 2 il, 3 il, 5 il öncəki məndən çox uzaqda olduğum dəqiqdir, ordakı mənin təcrübəsizliyinə və saflığına əsəbləşmirəm artıq, anlayıram onu, onun gücü ancaq buna yetirdi, başqa cür bacara bilmirdi. Məni bu günə daşıdığı və dayandığı üçün minnətdaram ona. Bəzən gecələr yuxuma girir, təkliyinə və ona bu qədər pis davranmalarına icazə verdiyi üçün üzülürəm.
Sürrealizm bir günlüyə real olsaydı, keçmişə qayıdıb acı çəkən halımızı qucaqlamaq istəyərdim. Çox insan fərqində deyil, amma səmimiyyət insanı sağaldır, qucaqlamaq insanı sağaldır, sevgini hiss etmək və hiss etdirmək insanı sağaldır. Ehtiyacımız olan bəlkə də, sadəcə budur.
Bunu canlı dinləsəm həyatımın ən gözəl anlarından biri olardı
One last trip to the lake before the gates close for the season
Həyat arada belə hiss etdirir
Güllərimə qulluq etdim, torpağını dəyişdim, amma biri var yarpaqlarının çoxunu tökmüşdü, növbəti həftələrə dirçəlməsini gözləyirəm, görək nə olur