Gərək heç kim üçün əminliklə deməyəsən: “Mən sənsiz yaşaya bilmərəm; Mən sənsiz bir heçəm və s.” Sanki bu sözlər Yaradanın xoşuna gəlmir və alır o adamı səndən aparır ruhunu başqa dünyaya və deyir: “Yaşa, onsuz.”
TVSTRANGERTHINGS

izzy's playlists!
Show & Tell
almost home
Monterey Bay Aquarium
Keni
noise dept.

Origami Around

Product Placement

shark vs the universe

Discoholic 🪩

JBB: An Artblog!
KIROKAZE
tumblr dot com

❣ Chile in a Photography ❣

★
YOU ARE THE REASON

Kaledo Art

ellievsbear

blake kathryn
seen from United States

seen from United States
seen from Germany
seen from Germany
seen from Portugal

seen from Ireland
seen from United States
seen from Poland

seen from United States
seen from United States
seen from Brazil
seen from United States

seen from United States
seen from United States
seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United States

seen from United States
@rniigar
Gərək heç kim üçün əminliklə deməyəsən: “Mən sənsiz yaşaya bilmərəm; Mən sənsiz bir heçəm və s.” Sanki bu sözlər Yaradanın xoşuna gəlmir və alır o adamı səndən aparır ruhunu başqa dünyaya və deyir: “Yaşa, onsuz.”
Günəş parıldadıqca insanın yaşamağa eşqi də artır..
Bəzən bir gül buketi min sözün yerini tutur. Qiyməti kiçik ola bilər, amma daşıdığı mesaj çox böyükdür..
Həqq məndədir...
Hələ 4 gün əvvəl paylaşmışdım, bu gün öyrəndik ki, Rasim Balayev vəfat edib... Azərbaycan kinosu üçün çox böyük itkidir. Ruhun şad olsun ustad 🥀
Göydən elə yağış yağır sanki təbiət bizə üsyan edir, nəyinsə kədərini bölüşür bizlə.. Amma nəyin?…
Bax onu bilmirəm.
Zaman hamı üçün eyni axmır, bilirəm. Amma bəzi saniyələr var ki, keçən hər dəqiqə qarşı tərəfin dəyərini bir az daha azaldır. Gecikmiş mesajlar, görüşlər, cavablar, soyumuş çay kimidir; dadı qaçandan sonra gəlsə nə olar, gəlməsə nə olar?)
Balaca ikən velosipeddən bircə dəfə yıxıldım deyə bir daha yaxın durmadım unutdum getdi. Ama sonra o qədərr "keşkə balaca vaxtı öyrənərdim" dedim kii
Ən nifrət etdiyim şeylərdən biri göndərilən mesaja 100 saatdan bir cavab verilməsidir. Başa düşürəm, insan məşğul ola bilər, işi çox ola bilər. Özümdə də olub. Amma il olub 2026, bir mesaja 100 saatdan bir geri dönüş edirsinizsə…
Ümumiyyətlə geri dönüş etməyin.
İllər keçsə belə, dəfələrlə tumblrı sadəcə app olaraq silsəm belə bura hər qayıdanda artıq köhnələrdən heç kim qalmasa belə- burda bir başqa doğmalıq var. Bura mənim limanımdır..
Burda qoyub getdiyim Nigara demək istəyirəm ki, həyatında hər şey qaydasındadır. O zaman üzüldüyün hər şey, acısını-ağrsını çəkdiyin hər şey sağalıb. Heç yadına belə gəlmir baş verənlər. Çətin oldu amma keçib getdi..))
Sizə nə lazımdır bilmirəm sözün açığı.) Amma mənə hər daim arzularımı reallaşdırmağıma dəstək olan, iş həyatında irəli getməyim üçün motivasiya verən, mənimlə kitablar, insanlıq, gündəlik həyatda baş verənlər barədə fikir alış-veriş edəcəyim, hətta siyasətdən belə danışa biləcəyim, mədəni-anlayışlı biri lazımdır.. Sevgidən daha çoxunu hiss etdirəcək biri.
və mən hələ də səninlə həyat yolumda qarşılaşmamışam… 13.03.2025..
buralardasan?
140 gün sonra görsəm də buralardayam)
Yaxşı insanları pis insanların çirkabı məhv etdi, yaxşı insanları, pis insanların mikrobu xəstə etdi.. Yaxşı insanları elə pis insanlar əzdi, yox etdi…
12.10.2024. Bakı.
Saç tökülmələri, stressdən yaranan iştahasızlıq, halsızlıq, oturduğun yerdən qalxdıqda başının fırlanması, gecələr gələn nəfəs darlığı, boğulma hissi və.s. Çox tez qocaldım deyəsən mən.
Panik atak..
Bütün hər şey zəncirvari formada təbiəti nizamlayır, bir tək insan oğlunun təbiətdə bir rolu yoxdur. Sanki tanrının bir səhfidir, sanki mikrobdur, qüsurdur insan oğlu. Hər şeyi düşünəndə iki ehtimal qalır geriyə. Ya bütün hər şey insan üçündür, ya da insan sadəcə bir xətadır. Şüurunun hüdudları olmayan bir xəta…
Gözlərini yumursan, hisslər daxilində yavaş-yavaş coşmağa başlayır və artıq bu dünyada olmadığını kəşf etməyə başlayırsan, artıq başqa reallıqda, başqa aləmlərdə və uzaq kainatlardasan.
Çox bağışlayaram, çox görməzdən gələrəm, çox anlayış göstərərəm. Amma bir yerə qədər. O yerə çatanda isə geriyə dönüş yoxdur. Bütün incikliklərimi, gözləntilərimi, ümidlərimi də götürüb sakitcə gedərəm. Heç gəlməmiş kimi gedərəm..