Ülvi — Mən və Sən Söz/Mus: Ülvi Violin: Tural Music video by Ülvi performing "Mən və Sən". © 2018 Cırtdan Pro. Bütün hüquqlar qorunur.
əlini yaramın üstünə qoyanda bilirdin ki, mənim qanım laxtalanmır. bilirdin ki hə indi kəsdi, amma bir gün əlini çəksən əvvəlkindən də betər axacaq qan. bundan sonra gələn hər şey əlinə durub dayanacaq. mənlə bu dünya arasında duran tək şey əlin olacaq. məni o gün orda qoyub yanımdan sakitcə keçib getsəydin, öləcəkdim sakitcə. qurbanlıq qoyunu bayramdan qabaq sarayda saxlamaq kimiydi sənin elədiyin. mən samanlıqda daha xoşbəxt ölərdim. o salamı kaş ki verməyəydin, Meri.
Kənan Ogan ©
İfa edir: Ülvi












