Bax əzizim, oyuncağı alınmış uşaq kimi ağlayıb sızlayacaqsansa, övladını itirən ana kimi qaralar bağlayıb yas tutacaqsansa niyə sevirsən? Sənə deməmişdilər ki özündən başqasına güvənmə? Demişdilər. Özü düşən ağlamaz əzizim. Madam ki sevdin, sil göz yaşını özünlə öyün. Sən uşaq deyilsən, qalx və həyatın hər üzü ilə mübarizə apar. Hər çətinlikdə yerə yıxılacaqsansa, kənara çəkilib “mən yoxam” deyəcəksənsə heç yaşama, öldür özünü get. Bu dünya mübarizə aparanların dünyası. Ya öləcəksən ya da yaşayacaqsan. Ölməyin də ədəbi var. Qorxmadan, mərd şəkildə ölmək lazımdı. Yaşa və öl. Ölümü gözləyərək yaşama.












