Nələr baş verir?
-Bax, bax! Buna bax bir!
-Özünü qoyub dağ başına. Bunu buraxıblar yenə özbaşına. Gözünə, qaşına, sifətinə, bax bir!
-Oturdun bunu qarşıma...
Gözlərimin içinə bax. Qətlə yetirdiklərin səni istəyir, görürsən? Ölünü istəyirlər..
Bu xalq, bu insanlar anlamadı, görmədi. görüb susanlar, susub şizofren olanlar. geridə qalanlar, sülh adı altında körpələrin xəyallarına xətt çəkənlər, öz həyatlarına xətt çəkənlər, Tanrı barış, əxlaq istəyir deyib terrora qatılanlar, canlı bombalar gəzirdi. qram vicdanı olmayanlar, vicdansızlar içimizdə gəzir, dünyaya qanlı yağışlar yağdırdılar, cəbhələrdə itkin düşdü,naməlum insanlar, şəhid olanlar bizi izləyirlər bu dəqiqə..
-Hamınızdan dəliyəm.. Ağıllıyam..
Bizə kimlər yol göstərdi? Özümüz çəktik bir yol, bir hədəf, bir arzu, sonda təkbaşına qalacağımız aşikar. Uzağa qaçmaq, cənnəti kəşfetmək. Lənət olsun ki, dəyişə bilmirsən Dünyanı! Elə baxmayın mənə. Mən sizin düşməniniz deyiləm. Çox bəsit gəlir, çox mürəkkəbdir, çox mürəkkəb bəyaz kağızlarda yaşatdı çətinliklərimi. Güvənə bilmirəm sənə, ona, buna. Gözəl gələcək bəxş etmək istərkən biri saxlayır məni. Əlim qolum bağlı, gözlərim yol çəkir, amma dəyişməyəcək.. Bitməyəcək nə qan, nə hüsran, nə də hökmdarlıq..







