xəmir üçün :
100 qr otaq temperaturunda kərə yağı
125 qr smetan 20% yağlı
150 qr un
1 ç.q.qabartma tozu
1 cimdik duz
İçlik üçün :
1 portağal
yarım limon
şəkər (şəkərin kiqdarını özünüz təyin edin, mən içliyə 6 dolu çay qaşığı şəkər vurdum)
Əvvəldən xəbərdarlıq etmək istəyirəm ki, portağal və limonun qabığının verdiyi acılıq çox cüzi miqdarda da olsa piroqda hiss olunur.
Əvvəl içliyi hazırlayaq. Bunun üçün portağalı və yarım limonu orta ölçüdə dilimlərə bölün, mütləq tumunu çıxardın ! Əgər bir dənə də olsa tum qalsa, bütün şirniyyata zəhər kimi acılıq verəcəkdir !
Meyvələri blendarın kasasına qoyun və çalışdırın. Tam əzmə halına salın. Sonra qaşıq-qaşıq şəkər vuraraq, öz ağız dadınıza görə şirinliyini tənzimləyin. Yuxarıda yazdığım kimi, mən 6 dolu çay qaşığı vurdum. Blendarınız yoxdursa, içliyi ət maşınından keçirə bilərsiniz. İçlik artıq hazırdır, bunu qoyun kənara. Xəmiri hazırlamaq üçün yenə blendar lazımdır, odurki onu yumaq, sonra isə yaxşıca qurutmaq lazımdır.
Xəmiri hazırlamaq üçün blendarın kasasına 150 qr un qoyun, üstünə 1 ç.q.qabartma tozu, 2ç.q.şəkər və bir cimdik duz vurun.
Unun üstündən otaq temperaturunda olan kərə yağını orta ölçülü tikələr şəklində doğrayın. Yağ çox yumuşaq olmamalıdır.
Blendarın düyməsinə qısa müddətlərlə basaraq çalışdırın. Yağ una xırda toplar halında qarışmalıdır, dəniz sahilindəki qum kimi. Buna umac deyilir.
Bura soyuq smetan əlavə edin və blendarı qısa müddət çalışdırın.
Yapışqan, yayılan bir xəmir alınacaq. Doğrusu bu mərhələdə xəmirdən gözüm su içmədi :))), bu tərifə müraciyət etdiyim üçün peşiman da oldum. Ancaq son nəticənin qənaətbəxş edəcəyinə ümid edərək işə davam etdim ( və son nəticə əla alındı !))
Xəmiri gözəyarı iki yerə böldüm, bir hissə biraz az olmaq şərti ilə. Daha böyük hissəni piroqu bişirəcəyim qabın dibinə əlimlə yaydım. Dediyim kimi, xəmir yapışqan və yaxmalanan olduğu üçün bunu əlimlə etməli oldum. Xəmirin kənarlarını biraz yuxarı etdim, sanki divar kimi (içlik tökülməsin diyə)
Xəmirin üstündən içliyi tökmək.
Üstündən yerdə qalan xəmiri yerləşdirmək. Bunun üçün xəmirdən kiçik toplar ayırıb, içliyin üstünə yerləşdiridim. Topların arasında açıq yer qalmağı sizi narahat etməsin, bişəndə xəmir şişəcək. Piroqu əvvəldən 180 t isidilmiş sobaya göndərmək və 35-40 dəq bişirmək.
Piroqun üstü biraz qızarmalıdır və xoş bir qazmaq kimi xırt-xırt olmalıdır. Bişən məmulatı sobadan çıxardıb, 5 dəq qabın içində saxlayın, sonra biçaqla qabın kənarlarına gəzdirib piroqu qabdan çıxardın və tam soyumasını gözləyin. Arzuya görə soyumuş piroqun üstünə şəkər kirşanə səpə bilərsiniz. Çox dadlı alındı, xəmirdə biraz xoş xırtıldı var idi, amma eyni zmanda içlik xəmiri biraz nəmləndirmişdi.
Keks üçün :
4 yumurta
150 qr əridilmiş kərə yağı
270 qr un
30 qr kakao
1 paket qabartma tozu
1/4 ç.q.duz
250 qr şəkər (mən 200 qr götürdüm)
150 ml süd1 paket vanil
Şokoladlı krem üçün
50 qr tünq şokolad
75 qr kərə yağı
90 qr şəkər kirşanı
3 y.q. kakao
1 y.q.slivki yada süd
3 y.q.təzə dəmlənmiş kofe (mən adi qranul kofeni qaynar suda əritdim)
1/8 ç.q.duz
1. Əvəlcə kərə yağını əritmək.
2. Quru ərzaqları qarışdırmaq - un,qabartma tozu, kakao və duz. Bunları bir qaba ələmək və qarışdırmaq.
3. Keçək duru ərzaqlara. Başqa bir qabın içində yumurtaları şəkərlə və vanil ilə möhkəm çalmaq. Mən bunu adi mətbəx çırpıcısı ilə etdim.
Sonra çırpılmış yumurtalı un qarışımının üstünə tökmək, bura süd və ərinmiş, biraz ilınmış kərə yağını da tökmək.Qarışdırmaq.
Orta qatılıqda xəmir alınır.
Xəmiri yağlanmış və unlanmış qaba tökmək və əvvəldən 175 t isidilmiş sobada bişirmək. Mənim keks qabımın ölçüsü 22x16 sm
Hazır olub olmadığını yoxlamaq üçün keksin ortasına quru çöp ya bıçaq salmaq, quru çıxarsa demək keks bişibdir.
Bişən keksi sobadan çıxardıqdan sonra 5 dəq öz qabının içində saxlamaq. sonra isə tərs çevirib, qabdan çıxartmaq və tam soyumasını gözləmək.
-----------------------------------------------------------------------------------------------------------
Keks soyumaqda olsun, biz krem hazırlayaq.
Əvvəl kofe hazırlamaq lazımdır ki, biraz soyusun. Əslində bura kofe dəmləmək lazımdır, mən işimi asanlaşdırıdım və adi qranul kofenin üstünə (1 dolu çay qaşığı) 50 ml qaynar su töküb qarışdırdım. Vəssalam.
Sonra bir kiçik qabın içinə şokoladı parçalamaq və onu ya mikrodalğalı sobada, yada buxar üstündə əritmək lazımdır. Biraz soyumalıdır.
75 qr yumuşaq kərə yağını və qr şəkər kirşanını bir qabın içində ağaranadək çalmaq.
Bura eyni temperaturda olan kofe, əridilmiş şokolad, slivki, duz əlavə etmək və çalmaq.
Artıq krem hazırdır.
Kremi soyumuş keksin üstünə sürmək və üstünə kokos ləpəsi səpmək. Təqdim edəndə dördkünc dilimlərə bölmək.
https://azerifoodie.blogspot.com/2018/03/mokka-tortu.html
100 qr yumuşax kərə yağı
1 yumurta
1 ç.q. qabartma tozu
4 y.q. şəkər tozu
1 dolu stakan və 2-3 y.q. un
1 cimdik duz
1 paçka vanil
Turşməzə qatı cem(cem mütləq qatı olmalıdır ki, bişən zaman axıb, qıraqlardan daşmasın və bu zaman yanmasın).
Krambl üçün mütləq turşməzə meyvələrin cemini götürmək lazımdır, məs. albalı, qarağat, göyəli və s. Yoxsa ki şirin xəmir və şirin cemi bir yerdə bişirməyin heç mənası yoxdur, şirniyyat həddən artıq şirin olacax.
1. Yumuşax yağı şəkərlə, vanillə yaxşıca çalmaq lazımdır.
2. Yumurtanı əlavə etmək və yenə biraz çalmaq ki, yumurta yağa tam qarışsın.
3. Bura 1 stakan unu, qabartma tozunu ələmək, 1 cimdik duz vurmak və əvvəlcə qaşıxla qarışdlrmak, sonra isə əl ilə xəmiri toplamax. Əlavə biraz da un lazım olacaq, az-az əlavə edin ki, artıq olmasın. Elə ki xəmir ələ yapışmaz hala gəldi, demək oldu! Artıq un əlavə etmək olmaz, yoxsa xəmir sərt alınar. Çox yumuçaq bir xəmir olmalıdır. Və eyni zamanda bu xəmiri çox yoğurmak olmaz, ələ yapışmayan kimi artıq yoğurmayı dayandırın.
4. Xəmiri 5 dəq dincəlməyə buraxın. Sonra ondan 1/4 hissəni ayırın və buzluğa qoyun ki, bərkisin.Yerdə qalan çox hissəni isə divarları çox hündür olmayan qaba əlinizlə bastırarak yayın. Qabı əvvəldən yağlayın və biraz unlayın. Verilən bu xəmir ölçüsünə 18 diametrli qab lazımdır, yada mənim kimi kiçik tartolet qablar istifadə edə bilərsiz. Xəmiri çoxda qalın etməyin, bu keks xəmiri deyil axı, daha çox qurabiyə xəmiridi, çox qalın etsəniz, xoş olmayacaq.5. Xəmiri piroq qabına yerləşdirəndən sonra üstünə cemi tökün və hər tərəfə eyni ölçüdə yayın.Əgər ceminiz duru halındadır, onda cemi bir qabın içində əvvəlcə 1 ç.q. kraxmal ilə qarışdırın ki, bişəndə kraxmal duru cemi "yığacax" və qatılaşdıracak.
6. Buzluqdan bərkimiş xəmiri çıxardın və cemin üstünə rəndənin xırda gözündən keçirin. Xəmiri buzluğa qoymasanız, rəndədən çətinliklə keçirə biləcəksiz.
Əvvəldən 180t isidilmiş sobada 30-40 dəq bişirin. Bişən piroqu 5 dəq. ilınmasını gözləyin, sonra isə qabdan çıxardın. Zövgə görə üstünə şəkər kirşanə səpin.
Tartolet xəmiri üçün lazım olan ərzaqlar :
100 qr yumuşaq kərə yağı
2 yemək qaşığı şəkər
2yumurtanın sarısı
1stakan + 3-4 yemək qaşığı un
1cimdik duz
1paket vanilin
İngilis kremi üçün lazım olan ərzaqlar :
300ml süd
3yumurtanın sarısı
3yemək qaşığı şəkər kirşanı
1yemək qaşığı un
1paket vanilin
(və əgər istəsəniz 100qr kərə yağı )
1. Dərin qabın içində yumuşaq kərə yağını şəkər və vanilin ilə birlikdə mikserlə 3 -4 dəq çalın.
2.Yumurta sarılarını bir-bir əlavə edin, hər səfərində çalın ki, yumurta yağlı məhlula tam qarışsın.
3. İndi isə unu əavə etmək lazımdır. Əvvəl 1stakan unu tökün ələyin içinə və birbaşa yağlı məhlulun üstünə ələyin. Qaşıq ilə qarışdırn. Görəcəksiz ki xəmir yığılmır, yenə də una ehtiyac var.
Bax indi az-az un əlavə edərək əlinizlə yumuşaq xəmir əldə edənədək yoğurun. Diqqət edin ki, unu çox tökməyəsiz, xəmir sərt olar, elə ki ələ yapışmayan hala gəldi, demək xəmir hazırdı, artıq un əlavə etmək lazım deyil. Təxminən 3-4 y.qaşığı un lazım olacaq.
Ələ yapışmayan, lakin yumuşaq bir xəmir əldə etməlisiz. Çox vacib bir məqamam diqqətinizə çatdırıram : bu xəmiri çox yoğurmaq olmaz, elə ki xəmir yığıldı, yoğurmağı dayandırın !
Xəmiri yastılayın və ya streç arasına bükün, ya bir qaba goyub, ağzını kip örtüb soyuducuya 40-45 dəq göndərin.
Nəzərinizə çatdırım ki, bu vəziyətdə xəmiri 1-2 gün soyuducuda, 1 həftə isə dondurucuda saxlaya bilərsiz.
Xəmir soyuyanadək kremi hazırlamaq lazımdır. Əgər sizin özünüzün sınadığınız, dadını bəyəndiyiniz və daim bişirdiyiniz bir krem tərifi varsa, öz tərifinizlə krem düzəldə bilərsiz. Mən klassik, ən sadə krem bişirdim - İngilis kremi ( Crème anglaise )
Bu krem bəsit ərzaqlardan hazırlanır : süd+un+yumurta. Bu ən sadə kremdir, hər kəsin evində olan ərzaqlardan bişirilir, ona görə nəsə dəhşət qeyri adi bir şey gözləməyin.
Yumurtaların sarısını səliqəli ayırın və bir qaba qoyun. Üstünə 1 yemək qaşığı un və 2yemək qaşığı şəkər kirşanı əlavə edib yaxşıca qarışdırın.
Südü dibi qalın bir qaba tökün, qalan şəkər kirşanını əlavə edin və yaxşı qarışdırn.Ocağın üstünə qoyun və qarışdırın ki, şəkər tam ərisin. Elə ki süd qaynadı, tez ocaxdan alın.
Bir damcı soyumasını gözləyin və dayanmadan qarışdıraraq az-az əlavə edin yumurta sarılarının üstünə.
Südün tamını əlavə edin yumurtaya və möhkəm qarışdırın.
Sonra bu südlü yumurtalı məhlulu qaytarın tökün süd qabına və ocağın üstünə qoyun. Orta od üstündə dayanmadan qarışdıraraq 3-5 dəq bişirin.
Bir dəqiqə də olsa qarışdırmağı dayandırmayın. yoxsa dibi tutacaq və krem pot-pot olacaq. Nə qədər ki, krem ocağın üstündədir, dayanmadan cəld hərəkətlərlə qarışdırın.
3 ya 5 dəq sonra krem qatılaşacaq. Elə ki qaynamaya başladı, kremi ocaxdan götürün. Ancaq qarışdırmaya davam edin.
Əgər istəyirsiz ki kremin içində xoşagəlməz toplar yaranmasın, krem tam soyuyanadək qarışdırın.
Siz kremi başqa bir qaba da tökə bilərsiz, belə olduğu halda krem daha tez soyuyar.
Tam soyumuş kremə 100 qr yumuşaq kərə yağı əlavə edin və mikserlə çalın.
Deyim sizə, bu krem yağ əlavə olunmadan da yaxşı dadır. Baxın, seçim sizindir
İndi isə keçək tartoletlərə. Soyuducudan xəmiri çıxardın və unlanmış masanın üstündə 5 mm qalınlığında oxloy ilə yayın. Tartolet qabalrınızın ağzının ölçüsündən biraz böyük bir qab tapın və o qabı xəmirin üstünə tərs çevirib, qıraqlarını kəsin.
Alınan dairələri tartolet qabına yerləşdirin və barmaqlarınızla qıraqlarını biraz basın və səliqəyə salın ki, xəmir tam qabın içinə "otursun" . Mənim tartolet qablarım teflondandılar diyə. mən qablarımı əvvəldən nə yağlamadım, nə unlamadım. Ancaq əgər sizin qablar metaldandırsa, onda mütləq qablara biraz yağ sürün və unlayın, yoxsa xəmir yapışar qablara.
Xəmirləri çəngəl ilə 3-4 yerdən deşikləyin ki, bişəndə xəmir çox şişməsin (onda kremi tökməyə yer olmayacaq).
Konditer kağızından ya dairələr yada 4künclər kəsin, bunları tartoletlərin üstündən yerləşdirin. Kağızın üstünə bir ovuc ya düyü, ya piti noxudu tökün. Bunu onun üçün edirik ki, xəmirin üstünə ağırlıq olsun və bişən zaman o çox şişməsin. Şişsə olacaq qurabiyyə, bizə isə boşqab kimi ortası çuxurlu xəmir lazımdır ki, ortasına krem doldura bilək.
Sonradan o noxudları yeməyə istifadə etmək olmaz, yaxşısı budur ki ayrıca bir şüşə qaba yığın və lazım olanda (tart ya tartolet bişirəndə) istifadə edin.
Çalışın cəld edəsiz işinizi ki, xəmirin tərkibindəki yağ əriməsin. Yox əgər gördüz ki, yağ əriyir, xəmir ələ yapışamağa başlayır, onda 10 dəqiqə ərzində soyuducuda saxlayın və sonra yenə davam edin.
Xəmirin hamısını qablara yerləşdirildikdən sonra bunları göndərin əvvəldən 190 t isidilmiş sobaya və 15-20dəq bişirin. Vaxtı qaçırmayın.
Vaxt tamam olduqda, məmulatlraı çıxardın, üstündəki noxudları və kağızları kənara göyun və 5 dəq yenə sobaya göndərin ki, üstü qızarsın.
Hazır bişmiş tartoletlər bax belə olmalıdır, şəkildə gördüyünüz kimi. Çox qıp-qırmızı qızarmamalıdır, azacıq rəngi dəyişməlidir. Və gördüyünüz kimi tartoletlər çox şişməyib, boşqab kimi ortasında çuxur var. Bu çuxura krem dolduracayıq.
Qaşıq ilə hər tartoletin içinə soyumuş krem tökün.
Ona da deyim ki verilən miqdardan düz 6 tartolet alındı və krem bütün tartoletləri gördü, bir damcı belə artıq - əksik olmadı.
Artıq tartoletlər hazırıdır. Son bir cizgi vurmaq qalır - çiyəklər ilə bəzəmək.
Giləmeyvələr parıltılı görsənsin diyə qıraqda meyvə jelesi düzəldin (hazır satılan ya vanilli, ya çiyələkli jele ) və hər çiyələmi jeleyə batırıb sonra tartoletin üstünü bəzəyin.
Bu tartoletləri çox saxlamaq məsləhət deyil, elə həmin gün yemək lazımdı.
Siz belə edə bilərsiz : tartoletləri hazırlayıb bir neçə gün saxlaya bilərsiz, lazım olanda bir neçə saat əvvəl krem hazırlayıb, tartoletləri doldura bilərsiz.
100 qr mayonez
100 qr yumuşaq kərə yağı
1 yumurta xəmirə
1 yumurta qurabiyənin üstünə sürmək üçün
1 st şəkər
0,25ç.q. soda
1,5-2 st un
1cimdik duz
1. Yumuşaq yağı mayonezlə qarışdırmaq. Mikserə ehtiyac yoxdur.
2. Yumurta və şəkəri əlaavə etmək, yaxşı qarışdırmaq.
3. Un və sodanı əlavə etmək və yumuşaq xəmir yoğurmaq.
Xəmiriin üstünü örtüb 5 dəq gözləyin, sonra 3-4 mm qalınlıqda açın və stakanın ağzı ilə yumru şəkildə kəsib siniyə yığın. Üstünə yumurta sürün və 19-t əvvəldən isisdilmiş sobadaa 25-30 dəq bişirin
150 qr kəsmik
1 yumurta
1 y.q. smetan
1 y.q. şəkər
1 st un
0,5 ç.q.qabartma tozu
1 cimdik duz
Kəsmiyi süzgəcdən keçirmək ki, eyniməğzli və hamar olsun. Üstünə smetan, yumurta, şəkər və duz vurmaq, qaşıqla yaxşı qarışdırmaq.
Bura 0,5 st un tökmək, üstünə qabartma tozu vurmaq və yenə qaşıqla qarışdırmaq. Bundan sonra qalan unu az-az əlavə edərək yumuşaq kövrək xəmir yoğurmaq.
Unu çox vurmayın, xəmir az qala biraz ələ yapışan olmalıdır.
5 dəq dincəlsin xəmir. Sonra masanın üstünə 1-2 cimdik un səpin, xəmiri orta qalınlıqda açın və stakanın ağzı ilə halqalar kəsin. Ortasında kiçik yumru halqa kəsin (butılka ağzı ilə)
Kiçik qabda 4-5 y.q. yağ isidin, halqaları isti yağqa hər iki tərəfini orta odda qızardın.
Köppəcələr kəmşirin olur, istəyə görə üstünə şəkər kirşanı səpmək olar.
un 300qr (2,5stakan)
maya 2ç.q.
süd 80ml (yarım stakandan 1 barmaq az)
yumurta 1
şəkər 3y.q.
kərə yağı 30qr (1dolu yemək qaşığı)
duz 1cimdik
1stakan=250ml
üstünə sürməyə 1yumurta və şəkər tozu
*bütün ərzaqlar otaq tº olmalıdır
*unun növündən və başqa bir çox faktorlardan asılı olaraq südün miqdarı göstəriləndən biraz fərqli ola bilər
Əvvəl ilıq (yəni nə qaynar,nə soyuq) südün içinə 1y.q. şəkər və mayanı əlavə edin, qarışdırın. 5gəq gözləyin ki, maya "acısın" (maya şişib köpük olacaq)
Dərin bir qabın içinə un ələyin, qıraqlarına duz səpin. Ortasında bir çuxur açın və oraya yerdə qalan 2y.q. şəkəri, yumurtanı qoyun.
Yavaş-yavaş mayalı südü əlavə edərək, xəmiri yoğurmaya başlayın.Un biraz toplananda, yumuşaq kərə yağını əlavə edin və hamar, sığallı bir xəmir yoğurun. Lazım olarsa, yenə biraz süd əlavə edin, xəmir əsla və əsla sərt olmamalıdır! Tam əksinə, yumuşaq, havalı bir xəmir əldə etməlisiz.
Xəmirin üstünü təmiz bez və ya streçlə örtüb, 1saat saxlayın. Bu zaman xəmir həcmdə 2 dəfə artmalıdır.
Xəmiri təmiz masanın üstünə keçirin və kiçik kündələrə bölün. Məndə tam 9 kündə alındı))
Hər kündəni oxloy ilə uzunsov dairə şəklində açın. Masanı unlamaq lazım deyil, xəmir yağlı olduğu üçün, asanlıqla açılır və masaya yapışmır.
Açdığınız kündəni burma şəklində burun və ortadan iki qatlayın. İndi isə bükdüyünüz xəmirin başından 1barmaq məsafə buraxaraq, bıçaqla tam axıra qədər kəsin. Şəkildə gördüyünüz kimi, burmanın ortadan qatlama yerini kəsmək lazımdır, burmanın uclarına dəymədən.Yəni burmanın bir ucu bütün qalacaq, bir ucu isə kəsilib ikiyə ayrılacaq. Kəsdiyiniz ucları çevirib açın
Beləcə bütün kündələri bu şəkilə gətirdikdən sonra soba sinisinə yığın və üstünü bez ilə örtərək, 30dəq isti yerdə saxlayın. Bu zaman məmulatların həcmi biraz artacaq, Buloçkalar şişəcəklər.
Vaxt tamam olanda məmulatların üstünə yumurta saırısı çəkin və bol-bol şəkər səpin.
Sinini əvvəldən 170t isidilmiş sobaya göndərin və 15-20dəq (bişirmə zamanı sizin sobanızın xususiyyətinə baxır) üstü qızaranadək bişirin.
70gr yumuşaq kərə yağı
3-4 yemək qaşığı un
3 yemək qaşığı şəkər tozu
1yumurta
1/3çay qaşığı soda + 1 yemək qaşığı limon suyu
80qr hindisdan qozu (kokos)
* nə bilək 80qr hindisdan qozu nə qədər olur ? sualına cavab verirəm))) : hidisdan qozu paketinin üstündə adətən ölçü qramla yazılır.
Bu tərifdə mikserə ehtiyac yoxdur, bir orta boy qab və birdə taxda qaşıq.
1.Yumuşaq kərə yağını orta boy bir kasaya qoyun, şəkəri əlavə edib,taxda qaşıqla yaxşıca qarışdırın, ta ki şəkər tam yağla qarışanadək.
2.Yumurtanı əlavə edib, yenə qaşıqla yumurta yağa tam qarışanadək yaxşıca qarışdırın.
3.Hidisdan qozunu əlavə edin, qarışdırın və bu halda masanın üstündə 15dəq saxlayın. Soyuducuya göndərmək lazım deyil. Bunu ona görə edirik ki, qoz yumuşalsın.
4.Vaxt tamam olanda sodanı limon suyu ilə "öldürün" və məhlulun içinə qatın, çox az qarışdırın.
5.İndi isə unu əlavə etmək vaxtıdır. Cəmi 3-4yemək qaşığı un lazımdır bu tərifdə. Xəmir alışdığımız qurabiyə xəmiri kimi yığcam deyil, halva kimi ələ yapışan bir xəmir olur. Amma axışqan olmamalıdır, yəni qurabiyələri soba sinisinə düzəndə, öz şəklini saxlamalıdır, yayılmamalıdır.
Əlinizlə xəmirdən kiçik kündələr ayırın və yumrulayaraq, top şəklinə salın.
Siniyə düzün və əvvəldən 190-200t isidilmiş sobada əvvəl 5-7dəq bişirin, sonra isə sobanın dərəcəsini 170 endirib, 10-15dəq bişirin.
Şəkildə gördüyünüz kimi, bu qurabiyələrin üsdü çox qızarmamalıdır.
Gördüyünüz kimi qeyri adi bir tərifdir, bişirəndə sobanın yanında keşiş kimi gözləməlisiz