Bu sətirləri "son zəng" zamanı hər kəs meydanda olub mən isə pilləkənlərdə öz fikirlərimi yazmaqla uğraşmışdım. Hər kəs tanıdıqlarım,dostlarım yanlarımdan ötüb niyə onlarla bərabər deyilsən sualını verirlər. Mən isə əvəzində istəmirəm kəlməsini deyirəm. Hələ bir müəllimim çıxmamağına səbəb maddi vəziyyətindir bəlkə deyir. Fəqət bu belə deyil. İnsanlar istəmirəm,həvəsim yoxdu kəlmələrini niyə anlamırlar. Nəisə indi isə biraz bu son gün barədə demək istəyirəm. Bu son il çox maraqlı və digər illərdən əvəzsiz keçdi. Sinif yoldaşlarım və dostlarımı daha yaxından tanıdım və onların necə fədakar, mübariz ruhlu olduqlarını bu il öyrəndim. Onlarla çox xatirələrim, danışası çox maraqlı anlarım var. Amma danışıb-danışıb bitməz dediyim sətirlərim var. Arzum budur ki, bundan sonra illərimiz qat-qat aydın və dərin mənalı olar. Hər kəsə tələbə olmağı arzu edirəm və deyəcəklərim bu qədər..










