Onunla birlikdə olanda sanki bütün problemlərim məni müvəqqəti tərk edir. Məni narahat edən nə varsa hamısı bir-bir yoxa çıxır. Mənfi enerjim burulğan kimi burulub göylərə çıxır, əvəzinə yaz rəngləri kimi açıq rənglər ətrafıma sarılır. Amerika magistralında dondurma yeyərək günəşin səni öpməyinə oxşayır bu. Hara gedəcəyinin zərrə fərqi yoxdur, uzun tətildə rahat hiss etmək kimi bir şey. Qollarını boğazına doluyanda xoşbəxtlik hormonlarının bir-birinə girməsi kimi.










