Mən bu mübarizədən sağ çıxacam çıxmağına, amma ürəyimdə heç kimi sağ buraxmayacam.
sheepfilms
$LAYYYTER

tannertan36

oozey mess
The Stonewall Inn
No title available

Game Changer & Make Some Noise

No title available

gracie abrams

Love Begins
occasionally subtle
RMH
d e v o n
Phantogram Three
Cookie Run:Kingdom Official!

Product Placement
The Bowery Presents
Fieri Frames
let's talk about Bridgerton tea, my ask is open
Interview Vampire Daily

seen from Georgia

seen from France

seen from United States
seen from United States

seen from United States
seen from United States
seen from United Kingdom

seen from Türkiye

seen from Finland

seen from Türkiye

seen from Türkiye

seen from Spain
seen from Ireland

seen from United States

seen from France

seen from Malaysia
seen from Georgia
seen from Finland

seen from Singapore

seen from United States
@gularetehmezli
Mən bu mübarizədən sağ çıxacam çıxmağına, amma ürəyimdə heç kimi sağ buraxmayacam.
Həyatın nə sərt qanunları var. Çalış büdrəmə. Büdrədin, yenə eybi yox, güc tapki yıxılmayasan. Ancaq elə ki yıxıldın, bax onda hərə sənə bir balta vuracaq.
Məhəbbət yavaş-yavaş ona görə ölür ki, biz onu necə qidalandıracağımızı bilmirik. Onu öldürən laqeydlikdir, xəyanətdir, səhvlərdir, yersiz söz söhbətlər, təhqirlər, kobudluqlardır.
Havadan danışır bir gözəl xanım.
"Yağış yağacaqdır, qar yağacaqdır.
Gah günəş çıxacaq, gah ay doğacaq.
Havalar tutulub-açılacaqdır."
Mənim günəşim də, ayım da sənsən,
Bu sinoptiklər nə bilsin axı?!
Sən bir az qıyqacı baxanda mənə,
Mənim gözlərimdə ildırım çaxır.
Saylarını unutmuşam,
mənim çoxlu kitablarım var.
Hərdən açıb oxuyuram,
hərdən susub bağlıyıram.
Bir səhifə xoş görünür,
bir səhifə boş görünür.
Bir sətirdə gülümsəyir,
bir sətirdə ağlayıram.
Toxunmuram heç birinə
hər biri bir xatirədir.
Arasına çiçək qoyub saxlayıram,
rəfdə dursun.
Hər biri bir ayrı fəsil,
hər biri bir başqa dünya...
Oxuduğum kitabları
indi çiçəklər oxusun.
Ətri gedir,
ruhu gedir,
cismi qalır,
ismi qalır.
Toz olub uçur havaya,
mənimlə bir qismi qalır.
Yaşadıram sətirlərin bir küncündə çiçəkləri
Özü getsə,
sözü getsə
mənlə qalar ləçəkləri.
Bəlkə mən də kitabların
arasında çiçəklər tək,
keçənləri yad etmişəm,
günlərimi şad etmişəm.
Sevinmişəm oxuduqca
dərdi, qəmi qurutmuşam.
Hansısa bir zərf içində,
hansısa bir rəf içində,
hansısa bir səhv içində
mən özümü unutmuşam.
Bax qadın şəri var
qadın hikkəsi
Yürüyür Allaha hey
dəstə-dəstə.
İstədim qadınsız bir şeir yazam.
Qızım çay dağıtdı vərəqin üstə...
Nəyin axtarışına çıxırsansa mütləq onuda tapırsan. Qüsur axtarışında olan qüsur, hüzur axtarışında olan hüzur tapar...🌿
Hələ də özünüzü axtarırsınız?
Nə üçün düşünürsüz ki itirmisiniz?
Bəlkə heç nə itməyib, lazım olanlar gedib həyatınızdan, amma siz barışmırsınız yeni obrazınızla?
Bəlkə həyatın mənası özünü axtarmaq deyil, özünü davamlı yaxşılığa doğru aparmaq və buna uyğun özünüzü yaratmaqdır. Yəni davamlı inkişaf etdirməkdir həyatın mənası. Çünki axtarış bitmir və bunun sonu yoxdur. Həyatsa sürətlə ötüb keçir. Özünüzü dəyişin, sizi sevdiklərinizlə birlikdə xoşbəxt edəcək bir obraza gətirin özünüzü. Köhnə, səhv, işlək olmayan obrazda qalmayın və keçmişlə yaşamayın!
Bir insanı tanımaq istəyirsizsə, nə oxuduğuna baxın, nə izlədiyinə, divarlarına nə asdığına, necə danışdığına, nə dinlədiyinə baxın. Sadəcə baxın, bunlar sizə onun ruhunun harda olduğunu göstərir.
| Ramtha
Bir nöqtədən sonra, istəmsizcə, hər kəsin və hər şeyin başın buraxdım. Sevgi, dost, qohum, tanış, hamısı bir yerə qədərdi. Nə nəfəs almağımı çətinləşdirən o sevgi, nə məni görməyən ən sevdiyim, nə mən yazmadıqca, yazıb axtarmayan, sadəcə yaxşı anlarımda yanımda olan dostlar, nə arxamca hər sözü deyib, üzümə canım cicim edən, saxta, valideyn zoruyla sevilən o qohum yığını, nə də heç bir işə yaramayan bir sürü tanış. Ağlayanda heç birini yanımda tapa bilmirəm. Ya anamın çiynində tapıram özümü, ya da otağa qapanıb, özümlə təkbətək. Heç kəs sonsuza qədər yanımda olmayacaq. Buna görə də ilk özümü düşünürəm artıq. Mən, məni heç vaxt tərk etməyəcəm. Həmişə mənim yanımda olacam. Özümü sevməliyəm, heç kəs sevməsə belə, özüm özümü çox sevməliyəm. Mənə qalan, mən olacam. Mən, həmişə mənimlə olacam.
Həkim "ağrıtmayacaq" deyirsə, işin xarabdır...
Ağlındakı ilə dilindəki bir olan insanlar elə bilir ki, başqalarında da bu cürdür.
Səbir etmək eləcə durub gözləmək deyil, irəli görüşlü olmaq deməkdir. Səbir nədir? Tikana baxıb gülü, gecəyə baxıb gündüzü təxəyyül edə bilməkdir. Allah aşiqləri səbri gülməşəkər kimi dadlı-dadlı əmər, həzm edər və bilərlər ki, göydəki Ayparanın Dolğun Aya (Yumru Ay) çevrilməsi üçün zaman gərəkdir.