Yaşanmış olan hər nə isə, yalnız yaşana biləcək olandır. Heç bir şey, həm də heç bir şey yaşadığımız şeyi dəyişdirə bilməzdi. Yaşadığımızın içindəki ən əhəmiyyətsiz saydığımız detalı belə dəyişdirə bilmərik. ‘Belə etsəydim, belə olacaqdı' kimi bir cümlə yoxdur. Xeyr, nə yaşandısa, yaşanması lazım olan, yaşana biləcək olandır, dərsimizi alaq və irəliləyək deyə. Hər nə qədər zehinimiz və eqomuz bunu qəbul etmək istəməsə də, həyatımızda qarşılaşdığımız hər hadisə, mükəmməldir.













