Tez-tez rast gəlinən allergik xəstəliklərdən biri də övrədir. Statistikaya görə, əhalinin 15-25%-i həyatlarında bir dəfə də olsa, övrə keçirir. Övrə - qırmızı, qaşınma verən, 24-48 saat ərzində heç bir iz buraxmadan keçən və qabarıqlıqlarla üzə çıxan dəri xəstəliyidir. Əksər hallarda həmin qabarıqlıqlar birləşərək bütün bədənə yayılır. Övrə istənilən yaş dövründə müşahidə oluna bilər. Xəstəlik 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən artıq davam edərsə, xronik övrə adlanır. Ödem dermisin dərin qatlarına və dərialtı toxumaya sirayət edərsə, buna angioödem deyirlər. Bu zaman xəstəliyin klinikası kəskinləşir – şişkinliklər dodaqlara, əllərə yayılır. Adətən kəskin övrə virus mənşəli infeksion xəstəliklər üzündən, bəzi dərman vasitələrinin (antibiotik, ağrıkəsici və s.) istifadəsi nəticəsində əmələ gəlir. Bundan başqa, dəniz məhsulları, yumurta, süd məhsulları və s. istifadəsi də kəskin övrənin yaranmasına gətirib çıxara bilər. Xroniki övrənin yaranma səbəbi ayrı-ayrı xroniki xəstəliklərə də bağlı ola bilər. Diaqnoz allerqoloq tərəfindən klinik müayinələr əsasında qoyulur. Ətraflı anamnez çox vaxt övrənin səbəbini müəyyənləşdirməyə imkan verir. Xroniki övrənin yaranma səbəbini aydınaşdırmq üçün qaraciyər, böyrəklərin, tiroidin funksional testlərinə baxılır, nəcisin parazitoloji müayinəsi, müəyyən qana analizləri və digər müayinələr aparılır. Türkiyədə ixtisaslaşmış allerqoloq-terapevt Gülnar Quliyeva #allergiya #astma #allerqoloq #allergikrinit #polipoz #buruneti #gulnardr #mövsumallergiyasl #qidaallergiyası #tozallergiyası #övrə #qaşınma #dəridəsəpgi #buruntutulması #öskürək #təngnəfəslik #aksiya https://www.instagram.com/p/B4o7PllAFhH/?igshid=1whhp5lykjdxw













