Çiyələkli asan hazırlanan dondurma
Resept Food Networkun saytından adaptə olunmuşdur.
Təxminən 8 porsiyalıqdır. Qab kimi, dəmir materialından olan kubik şəkilli keks qabı ideal olacaq, daha rahat soyumanı təmin etdiyi üçün. Əgər yoxunuzdursa, başqa ensiz, uzun və dəmir qabdan istifadə edə bilərsiniz.
• 350 qr. çiyələk + bir-neçə çiyələk servis üçün
• 380 qr. qatılaşdırılmış süd (1 alüminium banka təxminən, alanda qramajına baxmaq lazımdır, bəziləri kiçik həcmli olur)
• 2 st.-dan biraz az 33%-li qaymaq (slivki)
• 1 ç.q. vanil ekstraktı və ya 1 vanil çubuğu (yoxdursa, şəkərli vanilin istifadə edə bilərsiniz)
• 1 çimdik duz
Hazırlanması:
Çiyələyi təmizləyib, prosessorda püredən daha iri hissəciklər olana kimi əzin, prosessor yoxdursa, əzə bilərsiniz.
Qaymağı dar və dərin qaba töküb, mikserlə krem halını alana kimi çalmaq lazımdır.
Çiyələyə vanili, duzu və qatılaşdırılmış südü əlavə edin. Sonra isə bu qarışımı krem halında olan qaymağa ehtiyatla qarışdırın, çalışmaq lazımdır ki, kremin havası çıxmasın. Bu prosesi mikserlə etmək olmaz, spatula ilə çox ehmalca etmək lazımdır.
Hazır olan qarışımı ehmalca qabın içinə boşaldın.
Soyuducunun buzxana qisminə qoyun, birinci iki saatı hər 15-20 dəq-dən bir çıxarıb yüngülcə qarışdırın. Bu buzlaşmanın qarşısını almaq üçündür.
2 saatdan sonra axırıncı dəfə qarışdırıb, 3-4 saatlıq buzxanaya qoyun.
Artıq dondurmanız hazırdır, servis etmək üçün 5-6 dəqiqə açıq havada saxlayın. Servis vaxtı üstünü çiyələk və nanə ilə bəzəyə bilərsiniz.
Fərqli variantlar:
Vanilli dondurma üçün çiyələyin yerinə əlavə bir qaşıq vanil töküb, bütün geri qalan prosesi eyni şəkildə etməlisiniz.
Şokoladlı dondurma üçün çiyələyin əvəzinə 1/2 st. kakao əlavə edə bilərsiniz. Kakaonuzu seçərkən təbii (natural) olmasına diqqət edin. Geri qalan bütün prosesləri çiyələkli kimi davam edin.
Karamelli dondurma üçün çiyələyi çıxarıb, bişmiş qatılaşdırılmış süd ilə qatılaşdırılmış südü əvəz edib (hazır dulce de leche, evdə də qatılaşdırılmış südü bankası ilə suyun içində 2-3 saat bişirərək düzəltmək mümkündür, amma indi hazır şəkildə marketlərdə olduğu üçün elə də ala bilərsiniz), biraz duzu artırıb, geri qalanını eyni şəkildə edə bilərsiniz.
Bir də bu dondurmalara sevdiyiniz peçenyeləri xırdalayıb töksəniz, fərqli dadlar əldə edəcəksiniz.
Keks üçün :
4 yumurta
150 qr əridilmiş kərə yağı
270 qr un
30 qr kakao
1 paket qabartma tozu
1/4 ç.q.duz
250 qr şəkər (mən 200 qr götürdüm)
150 ml süd1 paket vanil
Şokoladlı krem üçün
50 qr tünq şokolad
75 qr kərə yağı
90 qr şəkər kirşanı
3 y.q. kakao
1 y.q.slivki yada süd
3 y.q.təzə dəmlənmiş kofe (mən adi qranul kofeni qaynar suda əritdim)
1/8 ç.q.duz
1. Əvəlcə kərə yağını əritmək.
2. Quru ərzaqları qarışdırmaq - un,qabartma tozu, kakao və duz. Bunları bir qaba ələmək və qarışdırmaq.
3. Keçək duru ərzaqlara. Başqa bir qabın içində yumurtaları şəkərlə və vanil ilə möhkəm çalmaq. Mən bunu adi mətbəx çırpıcısı ilə etdim.
Sonra çırpılmış yumurtalı un qarışımının üstünə tökmək, bura süd və ərinmiş, biraz ilınmış kərə yağını da tökmək.Qarışdırmaq.
Orta qatılıqda xəmir alınır.
Xəmiri yağlanmış və unlanmış qaba tökmək və əvvəldən 175 t isidilmiş sobada bişirmək. Mənim keks qabımın ölçüsü 22x16 sm
Hazır olub olmadığını yoxlamaq üçün keksin ortasına quru çöp ya bıçaq salmaq, quru çıxarsa demək keks bişibdir.
Bişən keksi sobadan çıxardıqdan sonra 5 dəq öz qabının içində saxlamaq. sonra isə tərs çevirib, qabdan çıxartmaq və tam soyumasını gözləmək.
-----------------------------------------------------------------------------------------------------------
Keks soyumaqda olsun, biz krem hazırlayaq.
Əvvəl kofe hazırlamaq lazımdır ki, biraz soyusun. Əslində bura kofe dəmləmək lazımdır, mən işimi asanlaşdırıdım və adi qranul kofenin üstünə (1 dolu çay qaşığı) 50 ml qaynar su töküb qarışdırdım. Vəssalam.
Sonra bir kiçik qabın içinə şokoladı parçalamaq və onu ya mikrodalğalı sobada, yada buxar üstündə əritmək lazımdır. Biraz soyumalıdır.
75 qr yumuşaq kərə yağını və qr şəkər kirşanını bir qabın içində ağaranadək çalmaq.
Bura eyni temperaturda olan kofe, əridilmiş şokolad, slivki, duz əlavə etmək və çalmaq.
Artıq krem hazırdır.
Kremi soyumuş keksin üstünə sürmək və üstünə kokos ləpəsi səpmək. Təqdim edəndə dördkünc dilimlərə bölmək.
https://azerifoodie.blogspot.com/2018/03/mokka-tortu.html
❤ Hier geht's zum neuen Video😉 https://youtu.be/KshG6gy-Fgk Viel Spaß damit 👍😘 #slivki #slivkishow #diy #howtomake #viermalspass #youtubefamilie #kids #nice #family