Pandispanyasi üçün:
4 yumurta
1 stekan şəkər tozu
3 xörək qaşığı süd
3 xörək qaşığı bitki yağı
1 çay qaşiği qabartma tozu
1 çay qaşığı vanil
3 xörək qaşığı limon şirəsi
1 stəkan un
Kremi:
500 ml 26 % li qaymaq
0,5 st qaragile püresi
Ara qatlari ve uzeri üçün 0,5 st qaragilə
Otaq temperaturunda olan yumurtalara şeker tozu da elave olunub mikserle ağaranadek çalinir.sonra ilıq süd ve bitki yaği, limon şiresi de elave olunub mikserle az çalinir.sonra qabartma tozu, vanil ve un elekden keçirilib az az mehlula elave olunub taxta ve ya plastik qaşiqla qarişdirilir.xemiri qarişdiran zaman çox ehtiyatli olmaq lazimdir ki, xemirin hecmi azalmasin.hazir olan xemir diametri 24 sm olan yağlanib unlanmiş qelibe tökulub evvelden qizdirilmiş (150°C) sobada bişirilir.soyuduqdan sonra 3 hisseye bölunur ve kremlenir.krem üçün qaymaq mikserle çalinir ve metbex rondosundan keçirilmiş qaragile ile qarişdirilir.
(diametri 20 sm forma üçün)
Alt qat üçün:
2 yumurta
100 qr kərə yağı
200 qr şəkər tozu
200 qr un
3 x.q. kakao
1 x.q. qabartma tozu
Muss üçün:
420 ml qaymaq (yağlılığı 33% çox olan)
180 qr südlü və ya tünd şokolad
10 qr jelatin+2 x.q. su
100 -200 qr giləmeyvə
Qlazur üçün:
110 qr südlü şokolad
120 ml qaymaq (yağlılığı 33% çox olan)
1. Biskvit üçün: yağı əridib, üzərinə şəkər tökülür. Bir az soyuduqdan sonra yumurta qatılıb çalınır. Ayrıca qabda quru ingrediyentlər qarışdırılıb, üzərinə tökülür. Astaca qarışdırılır.
2. Xəmir formaya tökülür və 160 C qızdırılmış sobada 25-30 dəq ərzində bişirilir. (xəmiri çöplə yoxlayın, çöp quru çıxdısa, deməli biskvit hazırdır) Biskvit hündür alındığı üçün 2 qat kəsilir.
3. Muss üçün: Jelatin suda həll edilir. 180 ml qaymaq şokoladla birlikdə qızdırılır və qıraqda şokolad tam olunanadək qarışdırılır. (qaynatmaq olmaz). Ayrıca qabda qaymağın qalığı bərkiyənədək çalınır. Daha sonra jelatin şokolad məhluluna qatılır və tam həll olunanadək qarışdırılır. Soyuduqdan sonra çalınmış qaymaq və giləmeyvə ilə qarışdırılır.
4. Forma hazırlanır, kənarına asetat kağızı düzülür və biskvit qatı qoyulur. Üzərinə muss tökülür və 8 saatlıq soyuducuya soyudulur.
5. Qlazur üçün: Qaymaq və şokolad qızdırılır (qaynatmaq olmaz) və qarışdırılır.Soyuyub qatılaşdıqdan sonra mussun üzərinə yayılır. Yenidən 1 saatlıq soyuducuya qoyulur.