İnəklərin örüşdən qayıtdığı saatların kədəri deyə bir kateqoriya olmalıdır. Günbatanda üstünə çökən, səbəbini izah edə bilmədiyin kədər.
Claire Keane

if i look back, i am lost
Mike Driver
dirt enthusiast
we're not kids anymore.

Product Placement
h

Discoholic 🪩
ojovivo

shark vs the universe
will byers stan first human second
Keni
Misplaced Lens Cap
art blog(derogatory)
Three Goblin Art
I'd rather be in outer space 🛸
2025 on Tumblr: Trends That Defined the Year

roma★
let's talk about Bridgerton tea, my ask is open
noise dept.
seen from Brunei

seen from Malaysia
seen from Germany

seen from Hungary
seen from Türkiye

seen from Netherlands

seen from India

seen from United States
seen from United States

seen from Germany

seen from United Kingdom

seen from United States

seen from Brazil

seen from Canada
seen from United States
seen from Finland
seen from United States
seen from United States

seen from India

seen from Ireland
@looklikethai
İnəklərin örüşdən qayıtdığı saatların kədəri deyə bir kateqoriya olmalıdır. Günbatanda üstünə çökən, səbəbini izah edə bilmədiyin kədər.
16 may 2026
Demək olar, 1 ildir ki buralarda deyilmişəm.
Bu gün səhər duranda düşünürdüm ki, həyat xoşbəxtliyi təxirə salmaq üçün qısadır.
24 May 2025.
Tək yemək yeyib, uzun aradan sonra çaxır içmək üçün evin yanındakı pizzeriaya getdim. Gedənə qədər 2 gün planı təxirə saldım. Məkana girəndə küncdə qapıya yaxın təkli masanı seçdim. Sifariş gələndə fərqinə vardım ki, üzü divara oturmuşam. Onda başa düşdüm ki, oturanda niyə yan masadakı qızlar bir az qəribə baxdı mənə. Üzü divara yemek yeyəndə fərqinə vardım ki, artıq yalnızlıqdan sıxılmışam.
03May2025
- Bu gün ən sevindiyim hadisə evdən qriphot tapmağım olub.
Çoxdandı yazmadığımən fərqindəyəm. Düşündüm bu gün hiss etdiklərimi harasa qeyd etməliyəm ki, unutmayım.
1 həftə əvvəl göz əməliyyatı olmuşam. 20 illik eynək istifadəsinə son qoyuldu. Əməliyyatdan sonra 5 gün Bakıda qalıb geri Varşavaya gəldim, gəldiyimin 2ci günündə qripəm. Xəstə olduğumu ailəmə bildirmədim ki, əməliyyat sonrası narahat olmasınlar.
Bu gün evdə xəstə yatanda düşündüm ki, özümü heç bu qədər tək hiss etməmişdim. Qrip səbəbilə olan baş, göz ağrısı əməliyyatdan sonra göz quruluğuna qarışıb, tuta bilmirəm ki hansına görə ağrıyıram.
Keçən dəfə bir tanış xəstə olanda zoğal mürəbbəmi ona aparmışdım, səhər yadıma düşdü ki, zoğal hələ ondadı. Yazdım soruşdum ki gətirə bilər, dedi az qalmışdı, bitib. Amma dönüb soruşmadı zoğal nəyinə lazımdı.
Dostlar söhbət qrupunda görüşək deyəndə dedim xəstəyəm, eyni evdə olan dostum qapımı açıb demədi, necəsən. Biri xəstəyəm deyəndən sonra da axşama nəsə plan qurmaq istədi. Sonra da dönüb soruşmadılar necə oldun.
Özümə gələndə evdə qrip dərmanı axtardım, gördüm tapmıram. Yenə söhbət qrupunda soruşdum kimdə qriphot var. Dedilər artıq evdən çıxmışıq. Qeyri-iş günündə bütün qonşuluqda açıq olan tək aptekdə növbə gözləməmək üçün özümü inandırdım ki, mən onsuz heç vaxt qriphot içən olmamışam.
Bütün günümü uzanaraq səssiz səmirsiz keçirəndən sonra axşamüstü bir ümid baxdığım səyahət çantasından qriphot tapdım. Bu gün sevindiyim tək şey bu ola bilər.
Həkimdən hər şeyi soruşmuşdum, amma əməliyyatdan nə qədər müddət sonra ağlamaq olar soruşmağı unutmuşdum.
Qriphotu içib uzanmışam və hələ də heç bir tanışım soruşmayıb ki, necəsən..
Mən heç vaxt qavramların qarışdırılması tərəfdarı olmamışam, ailə kimiyik ifadəsini də sevməmişəm. Bu gün də gördüm ki, ailə ailədi, dost dost və heç kim sənə ailə ola bilməz öz ailəndən başqa.
Bu da özümə not olsun, qayıdıb blogu oxuyanda yadım düşər.
Mahnı tövsiyə et amma 🇦🇿
Qoy bu olsun:
Videolar silinməyibsə, köhnə bir playlistim var:
nəinki köhnə, həm də təzə
Elə bir dövrə gəlmişəm ki, ad günümü dost-tanışdan çox qeydiyyatında olduğum saytlar təbrik edir. Burda dövr dedikdə, öz həyatımdakı dövrlərdən danışıram. Elə yaşa gəlmişəm deyəndə özümü çox yaşlı hiss edirəm.
Fikir vermişəm ki, kimdənsə ad günü təbriki alanda gözüm dolur. Heç vaxt ad günümü fərqli şəkildə, party formasında keçirməmişəm və xüsusi nəsə təşkil etmirəm deyə tanışlarım düşünür ki, mənim üçün elə də əhəmiyyətli mövzu deyil, açığı keçən illərə qədər özüm də belə düşünürdüm. Son illər fərqinə varmışam ki, özümü belə düşündüyümə inandırmağa çalışırmışam. Bu gün çox əlaqəsiz bir tanışımın sadəcə bir instagram storyimdən ad günümü xatırlayıb yazması belə çox xoş təsir etdi. Yəni ki, neçə yaşa keçməyimin fərqi yoxdur, ad günümün xatırlanması önəmli imiş.
(fonda "Ad günü" filminin soundtracki)
uzun müddətdən sonra başa düşdüm ki, evim üçün çox darıxmışam. söhbət içi boş divarlardan yox, ailədən ibarət dörd divarlardan gedir. necə doğma imiş hər günü öz dilində açıb, hər axşamı öz dilində bağlamaq. radiodakı səhər verilişlərinə, axşam gedən qəmgin mahnılara qulaq asanda, televizordakı dublaj filmlərə baxanda başa düşürsən ki, hər şey necə doğma və səmimidi. bəlkə də yoxluğun verdiyi həsrətdəndi. indi qayıtmışam, amma necə darıxıb, necə qucaqlamaq istəyirəm evdə keçirdiyim iki ay yarımlıq vaxtı. başa düşdüm ki, içində bir nəfər yaşayan evlər heç vaxt isinmir.
atamla aradakı sərhədləri əridə bilməməyin verdiyi ağırlıq çiyinlərimi incidir. onu bəzən belə çətin vəziyyətdə görəndə bilmirəm necə əlindən tutum deyim ki, qorxma. atam heç bilirmi görəsən onu çox istədiyimi. onun bu qədər qocaldığını görmək əvvəlki ölüm qorxumu geri qaytarır. onu tək ürəkdən öpə bildiyim yerlər aeroport sərhədləridi, bəhanələr isə getməkdi.
babamla nənəmin gözünə qəbir daşında baxanda hər dəfə düşünürəm ki, görəsən onların yanındakı üçüncü şəkil hansımızın olacaq. ümid edirəm ki, bir də heç kimin gözünün içinə soyuq daşdan baxmağa şansım qalmayacaq.
getdiyim yollarda fərqinə varıram ki, hərdən bir uşağın gözündə sadəcə göydə uçan balaca bir təyyarəyəm. bəzi uşaqlara sevinc verirəm, bəzilərinə isə başına bomba düşəcək qorxusu yaşadıram. bəzən bir uşağı sevindirirəm, bəzən birinin ağlamağına səbəb oluram. özümə nifrətim ən çox onda artır. hər şeyi edə bildim, özümlə barışmaqdan başqa.
uşaqlığım üçün darıxıram. yaşaya bilmədiyim uşaqlığı indi otuz yaşıma çatmamış hələ də yaşamağa çalışıram, amma anam icazə vermir. onun üçün ən çox ütülədiyi son paltarı geyinəndə, bişirdiyi son yeməyin son loxmasını yeyəndə darıxıram. amma onun xoşbəxtliyi üçün ac qarnına dünyanı lüt gəzmək isətəyərdim. şair demiş, şair özü bəxti qara olsa da xoşdu, yaşayırsa bacı, qardaş, ata, ana ləzzətdi.
keçən gün gecənin bir yarısı çıxdım evdən. dənizə qədər 2 saat yeridim. itirdiklərimi düşündüm. hissizləşmişəm yoxsa öldürməyən doğurdan gücləndirir onu düşündüm. yanımdan seyrək də olsa maşınlar keçdi, pişiklər yeridi, itlər qaçdı. günəşin isitmədiyi başqa insanlar gördüm yolboyu. heç biri ilə danışmadıq təbii ki. gecənin bir yarısı danışmaq üçün çıxmır insanlar evdən. yalnızlığının qoluna girmiş bir ovuc insanlar olaraq bir birinə dəymədən başını aşağı salıb yeriyir sadəcə.
hər şey yaxşıdır. nəfəsin kəsilməyəndə ikinci nəfəsin açılır bir azca səbrli olsan. o təpənin arxasında həyat yoxmuş kimi gəlir, ama var. davam etmək lazımdır, başqa heç nə. əlini qatdalayıb cibinə qoyursan, öz ayaqlarından başqa güvənəcəyin bir şey olmadığı anlayırsan, özünə inanmağı öyrənirsən. Quyunun dibini, korun hamı ilə eyni mənzərəni gördüyü yeri görəndən sonra bütün məşhur hekayələrdəki kimi getməyə bircə yer qalır, yuxarı. az qalıb, lap az.
It's my 7 year anniversary on Tumblr 🥳
Köhnə hesabım qalsaydı, yəqin 10 ili olurdu ya da 11.
Səhifənizdəki yazılar mənə dərin özləmlə keçmişdəki məni xatırlatdı....
Ümid edirəm indiki siz öncəkindən daha yaxşısınız.
Yeni il işıqları eynəksiz daha gözəl görünürlər.
Bunu düşünəndə fərqinə vardım ki, bəzən nələrisə aydın görməmək daha böyük zövq və xoşbəxtlik verə bilir. Bəlkə də elə buna görə bəzən sevdiyimiz məqamlarda aydın görməməyi seçirik.
-----
Bu aralar əlim çatmaz, ünüm yetməz insanlar üçün darıxıram. Darıxdığın insana sadəcə səsini eşitmək üçün zəng edə bilməmək necə çətin imiş.
-----
Bu aralar ən çox necəsən suallarından yayınıram. Açığı necə olduğumu özüm də bilmirəm ki izah edəm.
-----
Bu aralar özümü təqdim edəndə nələri qeyd etməliyəm bilmirəm. Daha əvvəllər etməyi sevdiyim məşğuliyyətləri artıq etmirəm. Getdikcə məndən geriyə bir mən qalmır hissinə qapılıram. Artıq daha çox qrammatik səhvlər edirəm, amma daha az buna fikir verirəm.
-----
Deyəsən, necəsən sualından sonra qaçdığın sual "nə edirsən"-di. Nə edirsən, nə istəyirsən, nə gözləyirsən, arzuların nədir. Özümlə bağlı heç bir suala artıq cavab verə bilmirəm.
Bəlkə də əvvəllər də tam özüm olmamışam, ona görə də "etməyi sevirəm" dediyin heç nəyi sözün əsl mənasında bacarmıram. Hər sahədə dayaz qalmışam, dərinə getməmişəm, ona görə də planktonlar kimi axıntıya məğlub oluram, dərinə gedib tutuna bilmirəm.
Bəlkə də heç bir zaman nə istədiyimi həqiqətən bilməmişəm və özüm olmamışam. Özümü daim idarə edilən marionetlər kimi hiss edirəm. İdarəsiz qalanda qolları aşağıda sadəcə gözləyirəm.
Ona görə 2024 üçün hədəflər yazanda nə yazacağımı bilmirəm, deyəsən ilk bənd özünü anlamaq olmalıdır, amma bu özlüyündə o qədər abstrakt səslənir ki, hardan başlayasan, necə başlayasan.
Draftda qalan yarımçıq bir yazımı tapdım, əslində yarımçıq da demək olmaz, sadəcə bircə cümlə yazmışam, hətta cümlə belə deyil, söz birləşməsi: "gecə günəş axtaran kəpənək ümidi"
Yenə bir yay axşamı özünə işığa çırpan balaca kəpənəkləri görəndə ev yoldaşımdan soruşdum ki, bunlar niyə edir həmişə, dedi ki günəş zənn edirlər işığı. Əslində sualım da mənasız idi, çünki cavabı bilirdim, amma bunu o an eşitmək daha fərqli təsir etmişdi, düşünmüşdüm bu barədə nəsə yazım, amma yaza bilməyib elə ilk söz birləşməsində saxladım.
Kəpənək gecə günəşi axtaracaq qədər ümidli, amma eyni zamanda özünü eyni işığa çırpacaq qədər də ümidsizdir. Və bunu müşahidə edən mənim kəpənək boyda ümidə ehtiyacım var. Özümə axtaracaq günəş tapmağa, o günəş üçün dəfələrlə işıqlara çırpılmağa ehtiyacım var.
Mən baharı apreldə qarşılamağı sevirəm, mart soyuq olur, həm adamın başı bayrama qarışır. Aprel isə qəşəngdir, yağış da yağır, isti də olur, günəş də çıxır, külək də əsir. Bəzən havanı düzgün təxmin etməyib qoluaçıq geyimdə üşüyəndə belə bilirsən ki, bundan sonrası maydır, daha sonra isə yay gəlir.
Uşaq vaxtdan yayı dörd gözlə gözləməyim sevdirib bəlkə də apreli. Ya da tipik qoç bürcü kimi sadəcə apreldə doğulduğum üçün sevirəm bəlkə. Bunların önəmi yoxdur, önəmli olan odur ki, sənin həyatıma gəlişinlə böyük bir aprel yaşayıram sanki.
Yağış da yağır, isti də olur, günəş də çıxır, külək də əsir.
Necə ki, apreldə baharın təravəti hər şeyə qalib gəlir, sənin varlığın da hər şeyi möhtəşəm edə bilir.
Yaşadığımız günlər aprel kimi qarşıdan daha gözəl günlərin gələcəyini müjdələyir sanki. Bu şəkildəki kimi, başını çiynimə qoyub belə qəşəng gülümsədikdən sonra, daha gözəl günlər gəlməyə bilərmi ki?
Yağış da yağacaq, isti də olacaq, günəş də çıxacaq, külək də əsəcək.
Sonda hər şey yenə çox gözəl olacaq.
Çox gözəl gülürsən. Adım daha gözəl səslənir sən çağıranda elə bil. Gülüşünə qarışanda dünyadakı ən möhtəşəm səsləniş budur deyə düşümürəm. Sonra başqa şeylər də deyirsən, amma gülüşündə qalıram mən uzunca bir zaman, ayılanda danışdıqlarının yarısını qaçırmış oluram, yolumu tapmaq çətin olur amma bitdiyini də gülüşündən anlayıram. Bəzən çox hüznlü baxırsan. Uşaqlar başını harasa vuranda qucaqlayıb başlarını vurduqları yeri döyən kimi, elə olanda gəlib qucaqlayıb səni üzən hər nədirsə döymək istəyirəm, amma həyat o qədər sadə deyil təəssüf ki. Fərqinə varmamısan bəlkə amma dırnağının kənarındakı izləri də görmüşəm, daha dərin yaralarını da. Özünü yaxşı hiss eliyəndə qulağının yaxınına qədər gələn gülüşünü də bilirəm, bərbad hiss etdiyində üstünü örtmək üçün yalandan olanı da. Xoşbəxt olanda saçların dalğalı olur misalçün. Ya da mən elə daha çox sevirəm deyə elə gəlir, bilmirəm. Utananda cizgi filmlərdəki kimi qızarırsan. Bəzən çox yaxın gülürsən, əlimi uzatsam tutacaqmışsan kimi gəlir. Uçub gedirsən sonra. Çox uzağa. Heç yanımda durmamışsan, məni heç qucaqlamamışsan kimi. Bütün rasionallığımı itirirəm sən güləndə. Heç kimə vermədiyim imtiyazlar vermək gəlir sənə içimdən. Ancaq qatı qabıq bağlamış yaralarım var mənim, əzizim. Olduğum yerdən sənə tərəf gələ bilməyəcək qədər yosun tutub ayaqlarım. İçimdəki qaranlığa dartıb gətirə bilmərəm səni. Amma çox güzəl gülürsən.
Zamanla nələr dəyişir.
Hardasa 7 aydır başqa ölkədə yaşadığımın fərqinə indi vardım.
Çoxdan bitirməli olduğum təlimə axırıncı dəfə fevralda baxdığıma səhər fikir verdim. Halbuki o qədər uzun müddət keçmiş kimi hiss etməmişdim.
5 aydır lazımi işlərimi yola verirəm və heç nə öyrənmirəm, oxumuram, baxmıram. Sanki bir köşədə oturub vaxtın ötməsini gözləyirəm, deadline-lar gələndə hiss edirəm ki, xeyli vaxt keçib. Heç nə etməyəndə vaxtın ötdüyünü də hiss etmir insan. Məşhur animasiyada yoldan keçən maşınları saymaq oyunu oynayırdılar, bəlkə vaxtın necə keçdiyini hiss etmək üçün mən də ötən maşınları saymalıyam. Ötən maşınlar, fürsətlər, insanlar. Geri qayıtmayan zaman. Neçə aydır sanki nəsə gələcək və məni tərpədəcək deyə gözləyirəm. Hər dəfə yerimdən qalxıb "bax bu o məni tərpəcədək təkandır" deyə düşünürəm. Amma elə olmur. Daha əvvəllərdə də belə çökdüyüm vaxtlar, sonradan sürətlə qalxdığım olurdu, amma deyəsən indi elə qalxış olmayacaq. Əlimdəki bu fürsətləri belə ziyan etdiyimə görə özümə yazığım gəlir.
Yaşamaq vərdişdir, deyəsən mən bunu tərgitmişəm və artıq yenidən öyrənə bilmirəm.
“Breathe. It’s okay. You’re going to be okay. Just breathe. Breathe, and remind yourself of all the times in the past you felt this scared. All of the times you felt this anxious and this overwhelmed. All of the times you felt this level of pain. And remind yourself how each time, you made it through. Life has thrown so much at you, and despite how difficult things have been, you’ve survived. Breathe and trust that you can survive this too. Trust that this struggle is part of the process. And trust that as long as you don’t give up and keep pushing forward, no matter how hopeless things seem, you will make it.”
— Daniell Koepke
Əslində, başqa ölkəyə getmənin, işi dəyişməyin, yenidən universitetə başlamanın, sosial şəbəkələri bağlayıb hamı ilə əlaqəni kəsməyin nəyisə düzəltmədiyini, düzəltməyəcəyini bilirəm. Amma heç nə etməkdənsə, nələrsə çalışıb baş aldatmaq, elədim amma olmadı demək də bir təsəllidir. Onsuz hansı sənin əsl sən olduğunu bilmədiyin halda nə istədiyini, nəyin səni yaxşı hiss etdirdiyini də bilə bilməzsən.