İlk dəfə bu terapiyanı 1938-ci ildə Adrian Hill vərəm dispanserində xəstələr üzərində tətbiq etmişdir. 🎨🎨Onun 1945-ci ildə nəşr etdirdiyi “Təsviri sənət xəstəliklərə qarşı.” kitabı uzun müddət psixiatr və psixoloqların masaüstü kitablarından biri 9-cu əsrdən başlayaraq art terapiya daha çox psixiatrik klinikalarda istifadə olunmağa başladı:👩⚕️👩⚕️ İngiltərədə M.Riçardson, C.Debuffe, E.Qutman və s. psixiatrlar ilkin diaqnostik vasitə kimi rəsm çəkmədən istifadə etmişdilər. Daha sonra Z.Frey və K.Yunq bu sahədə ilk dəfə normal insan şüurunun tədqiqi üçün istifadə etmişdilər. Freyd ilk olaraq şəkil çəkməni psixodiaqnostik metod olaraq görürdü.🧠💆 Yunq bu prosesi inkişaf etdirərək psixoterapevtiv səviyəyə gətirir. Şüursuzluq anlayışı bu anlamda art terapiyanın funksiyasını daha artırdı. Freydə əsasən sıxışdırılmış arzu və istəklər mütləq şəkildə bayıra çıxmaq, maddiləşmək meylində olurlar. Bu baş vermirsə daxili konfliktlər yaranır. Nəticədə onlar bəzi xəstəliklər, nevrozlar halına çevrilərək gizlin şəkildə üzə çıxırlar.ABŞ-da art terapiyanın əsasçıları M.Naumburq və E.Kramer olmuşdur. Onların hər biri ayrı bir məktəbin təsisçiləri sayılır. M.Naumburq Freydin nəzəriyyəsinə əsaslanaraq art terapiyanın sadəcə psixoterapevtik metod kimi qəbul edir. Haumburq pasientlərdən öz yuxu və ya qorxularını tasvir etməyi xahiş edir,🤪🤪😵😴😴 rəsmlərə əsassən onları analiz edir. E.Kramer isə art terapiyanın müalicəvi əhəmiyyətinə üstünlük verir və daha çox K.Yunqun nəzəriyyəsinə söykənərək fəaliyyət göstərir. Həmçinin H.Rid və E.Kramer təsviri sənəti psixoterapevtik və psixokarreksion vasitə kimi uşaqlar üzərində keçirtmişdi.Art terapiyada ən çox “Mandala”, “Mövcud olmayan heyvan”, “Mən kiməm?”, “Avtoportret”, “Əhval-ruhiyyəm”, “Vəziyyətim”, “Kollektiv avtoportret”, “Ailə gerbi”, “Hədiyyələr”, “Güzgü”, “Xeyir və şər” adlı çalışmalar istifadə olunur.🌸🌍💯🎨🎨🧠💆 https://www.instagram.com/p/CDuPyytBT62/?igshid=uun9koopaoh3