Kafkanın "Çevrilmə" əsərində heyvanlaşan həyat tərzimizi neçə nəfər görə bildi? Qreqor Zamzanın intihar cəhdlərini neçə nəfər düşündü? Yoxsa biz xəstə bir insanı gördük?
Tarix dəliliklərlə doludur.
Neçə nəfər sənət adı altında sarayda qadınların arxasınca qaçan Motsartın Krala yaxalandığını bilir? Üstü başı parçalanmış, bihuş halda Kralı qarşısında görərkən demişdi "Mən bayağı adamam, amma yazdıqlarım bayağı deyil."
Zvayqın "tanrının biləklərindən tutdum" deyərkən "Taleyim mənim əlimdədir" demək istədiyini, Hüqonun qadın düşkünü olduğunu, Dostoyevskinin qumar aludəçisi olduğunu, Balzakın fırıldaqçılığını, Poenin əyyaş olana qədər içdiyini... Neçə nəfər sənət anlayışı ilə həyatını bu araya qoya bildi?
Tarix dəliliklərlə doludur, neçə nəfər bu səfərdə iştirak etmək istəyir?
"Gecənin məhrəmiyyətini cırdım" deyərkən neçə nəfər Rimbaundu başa düşdü? Verlainin qorxularının əsiri olaraq yuxuya gedə bilməməsini, Nitşenin otel otağında qusmağının içində boğularaq öldüyünü, Millerin öz arvadını satdığını da bəlkə çoxumuz bilmirik.
"Qorki kimi yazmaq üçün 10 ilimi qurban verərdim" deyə bilən neçə dəli var aramızda? Öz romanında yaratdığı qəhrəmana hər kəsdən əvvəl özünün inandığı Qoqol kimi, neçə nəfər var öz konseptinə güvənən?
Tarix dəliliklərlə doludur...
Cipollanın iqtisadiyyat tarixinə meydan oxumasını belə unutmuşuq. İbn Sinanın "tibbi 3 kəlimə ilə ifadə edərəm" deyərkən necə kibirləndiyini, Batutanın hər gördüyü adama inancını soruşduğunu, Farabinin "Xoşbəxtlik haqqında" əsərini yazarkən əslində bədbəxtlik çəkdiyini neçə nəfər bilir?
Düşüncələrinin, fikirlərinin qorxulu olduğunu kralların yalnız müharibəni uduzarkən anladığını, qardaş qırğınının kölgəsində susqunluqlarını, neçə nəfər həqiqətlərin bizim düşündüyümüz kimi olmadığın bilir?
Tarix dəliliklərlə doludur...
Sənət anlayışlarını həyatları ilə müqayisə etdiyimizdə neçə sənətkar, neçə yazıçı fikrimizdə xəyal etdiyimiz kimi göründü ki?















