Niyə bu qədər kobuduq bir-birimizə qarşı? Niə artıq adi yol qaydalarına belə riayət etmirik? Etikadan kənara çıxırıq? Əziz insanlar xaiş edirəm işıqforda qırmızı yanan zaman yolu keçməyin. Siz keçirsiz deyə insanlar sürü psixologiyasıyla o işıqa baxmadan sizinlə yolu keçir. Bu səbəbdən biri sizə görə canından ola bilər. Əziz sürücülər zəhmət olmasa yaşıl işıq yandığı halda yol boş olsa belə sürüb keçməyin. Metroda qatar gələn zaman minməyə çalışan sərnişinlər, xaiş edirəm ilk öncə düşənlərə yol verin ki sizin minməyiniz üçün də yer açılsın və qatar tamamilə dolu olduğu halda minməyə çalışıb narahatçılıq yaratmayın. Bir sonrakini gözləyin.Tələsirsinizsə bunları nəzərə alıb evdən tez çıxın. Heç kəsə qarşı hörmətsizlik etməyə haqqınız yoxdur. Bular bizə 1 ci sinifdən öyrədilən qaydalardır. Təəsüfki məktəb vaxtınnan öyrədilən etika qaydalarını bilməyənlər bu gün uniyə gedir.









