İndividual şokolad babkalar
12 maffin fincanı üçün nəzərdə tutulmuşdur, əgər maffin qabıınız yoxdursa, tək-tək qoyub sobanın qabında
Xəmiri üçün
• ½ st. süd, tam yağlı
• ⅓ st. şəkər tozu
• 1½ ç.q. aktiv maya
• 1 böyük yumurta (otaq temperaturunda)
• 2 st. un
• ½ ç.q. duz
• 50 qr. kərə yağı (otaq temperaturunda)
İçlik üçün
• 135 qr. şokolad (1½ paket plitka şokolad istifadə edə bilərsiniz)
• 1 x.q. kakao
• ¾ ç.q. darçın
• ¼ st. şəkər tozu
• Azacıq duz
• 50 qr. kərə yağı
Hazırlanma qaydası:
Südün içinə azacıq şəkər qatıb 40Cº -yə qədər, yəni ilıq olana kimi qızdırın.
Mayanı südə qatın, 5 dəqiqə yüngül köpüklənənə kimi gözləyin. Kiçik bir qabda yumurtanı və xəmir üçün nəzərdə tutulan şəkərin qalanını qarışdırın, sonra mayalı südün üzərinə töküb qarışdırın.
Unla duzu qarışdırın, üzərinə mayalı qarışımı töküb xəmir yoğurun, ən son otaq temperaturunda olan kərə yağını qatıb yoğurun, sonra içi yağlanmış qabın içinə qoyub, üzərini streç folqa ilə örtüb 1,5-2 saat mayalanması üçün saxlayın.
Şokoladı mətbəx prosessoru və ya rəndə vasitəsilə tamamilə xırdalayın, içinə şəkəri, darçını, yağ və kakaonu əlavə edib yaxşı qarışdırın.
Qabları yaxşıca yağlayın.
Xəmir mayalanmışsa, ensiz tərəfi 25sm, digər tərəfi 45 sm olan düzbucaqlı şəklində yayın. Şokoladlı qarışımı bu düzbucaqlının hər təfərinə yayın, sonra rulet kimi bükün.
Hazır olan ruleti 2,5 sm enində 12 hissəyə ayırın, sonra artıq yağlanmış maffin qablarının içinə və ya sobanın qabına yerləşdirin. Üzərini yenidən streç folqa ilə büküb, təxminən 30 dəqiqə gözləyin.
Bu müddətdə sobanı 180Cº qızdırın.
Təxminən 20 dəqiqə sonra şokolad babkalarınız hazır olacaq, şəkildəki kimi qızarmış olmaları məsləhətdir.
Servisi:
İdeal şəkli təzəcə sobadan çıxmış, biraz isti halıdır. Bunun üçün servis edəcəyiniz vaxta kimi streç folyo ilə bağlı çiy şəkildə gözlədib, ən son məqamda bişməyə qoyub, təzə-təzə yeyə bilərsiniz. Xüsusilə, axşamdan hazır soyuducuda saxlanılıb, səhər yeməyində servis edildiyində çox fərqli yeri olur.
Əvvəlcə içlik üçün almaları yuyub, soyub sürtkəcin iri gözündən keçirin. Üzərinə şəkər tozu əlavə edib odun üzərində almaların suyu çəkilib şəkər tozu əriyənə qədər bişirin. Sonda xırdalanmış qoz və darçını əlavə edib qarışdırıb soyumağa qoyun.
Xəmir üçün bir qabda yumşalmış kərə yağını şəkər tozu ilə mikser vasitəsilə qarışdırın. Üzərinə yumurta və xama əlavə edib birlikdə qarışdırın.
Sonra un və qabartma tozunu əlavə edib qaşıqla, daha sonra əl ilə xəmir yoğurun. Xəmir əlinizə yapışmayana qədər unu əlavə edin. Amma çox bərk xəmir olmasın. Soyuducuda qaldıqda xəmir özü bərkiyəcək.
Xəmiri iki yerə bölüb 1 sm qalınlığında yayın. Yaymaq asan olsun və oxlova yapışmasın deyə kalka kağızı arasında yayın.
İçliyin yarısını xəmirin üzərinə bərabər şəkildə çəkin.
Sonra kalka kağızının köməyi ilə xəmiri rulet şəklində bükün. Hazır ruleti kağızın arasında dondurucuda 1-2 saat saxlayın.
Eyni prosesi xəmirin ikinci hissəsi ilə də edib dondurucuya qoyun.
1-2 saatdan sonra ruleti çıxarıb bir barmaq qalınlığında hissələrə kəsin.
Soba qabına kalka kağızı salıb kəsikləri düzün və 180 dərəcəli sobada 25-30 dəqiqə bişirin. Qurabiyələri soba qabına bir qədər aralı şəkildə düzün, çünki bişəndə şişib bir-birinə yapışa bilər. Qurabiyələri çox qızartmayın ki, qurumasın.