1. Əsası üçün: blenderin kasasına doğranılmış kərə yağı, un, şəkər kirşanı əlavə olunub qarışdırılır. Yumurta sarısı əlavə olunub, 2 dəqiqə müddətində yenidən qarışdırılır.
2. Hazır xəmir sellofana bükülüb 30 dəqiqə soyuducuda saxlanılır.
3. İçlik üçün: balqabağın qabığı soyulub doğranılır, üzərini örtəcək qədər su və 50 ml portağal şirəsi əlavə olunub ocağa qoyulur.
4. Balqabaq bişib, suyu çəkildikdən sonra kənara qoyulur, soyudulur. Ardınca blenderden keçirilir.
5. Üzərinə qaymaq, yumurtalar, xama,şəkər tozu və ədviyyatlar da əlavə olunub, qarışdırılır.
6. Soyuducudan çıxarılan xəmir yağlı kağızın üzərində oxlovla yayılır, yağlanıb, unlanmış diametri 26 smlik qəlibə yerləşdirilir. Tart xəmirinin qıraqlarında artıq qalan hissələr kəsilib, götürülür.
7. Xəmirin üzərinə yağlı kağız sərilib, noxud və ya istənilən paxlalılardan əlavə olunur ki,tartın hərtərəfi eyni qalınlıqda, qabarmadan bişsin.
8. Əvvəlcədən qızdırılmış sobada 180°C temperaturda 15 dəqiqə ərzində bişirilir. Sobadan çıxarılır,üzərindəki kağız və noxud götürülüb, içlik əlavə olunur.
9. Yenidən sobaya qoyulur və 20 dəqiqə müddətində bişirilir. Bişdikdən sonra ən azı 5 saat soyuducuya qoyulur və zövqə görə üzərinə doğranmış qoz səpilərək servis edilir.